
Hollivud ulduzu Ancelina Coli bu il keçiriləcək Kann Film Festivalında mükafat təqdim edəcək.
AVESTA.AZ xəbər verir ki, o mötəbər festivalda aktyorlar Marie Kolomb və Finn Bennettə "Qızıl Palma" verəcək.
Bununla bağlı açıqlama verən Coli həyəcanlı olduğunu vurğulayıb:
"Gənc aktyorlarla tanış olmaq və onların möhtəşəm işlərinin şahidi olmaq üçün çox həyəcanlıyam".
Təqdimatda festivalın prezidenti Ayriş Nobloç da yer alacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.