22-10-2022, 17:56 521

İƏT-in Bəyannaməsində Ermənistanda Azərbaycan abidələrinin dağıdılması əksini tapıb - YENİLƏNİB

Oktyabrın 22-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin informasiya nazirlərinin 12-ci iclası keçirilib.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, tədbirdə 57 dövlətdən məsul nazirlər və səlayihətli nümayəndələrin iştirak etdikləri iclasda Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunub.

Tədbir üzv dövlətlərin informasiya sahəsində əməkdaşlığının gücləndirilməsi, müasir və qlobal çağırışlar, feyk-nyus və dezinformasiya ilə birgə mübarizə kimi vacib məsələlər müzakirə edilib.

İclasın sonunda İstanbul Bəyannaməsi və müvafiq qətnamə qəbul edilib. Bəyannamə və qətnaməyə Azərbaycan tərəfindən aşağıdakı bəndlər əlavə edilib:

• İƏT Baş Katibliyinin İnformasiya Departamentinə humanitar mina problemi, hərbi təcavüz və münaqişələr nəticəsində İslam mədəni irsinin dağıdılması kimi ciddi çağırışlarla üzləşən üzv dövlətlərə jurnalist səfərlərinin təşkil edilməsinə çağırış edir.

• Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin qəsdən dağıdılması və təhqir olunması kimi səhv hallarının başqa ərazilərdə qarşısının alınması məqsədilə bu kimi məlumatların media və sosial şəbəkələrdə daha geniş yayılmasına çağırış edir.

• Üzv dövlətlərin media qurumlarını qeyri-müsəlman ölkələrində, xüsusilə yerli müsəlman icmalarının etnik təmizləməyə məruz qaldığı ərazilərdə islam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi hərəkətləri haqqında qlobal məlumatlılığı artırmağa çağırış edir.

Sonuncu bənddə Ermənistan ərazisində tarixən Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması və izinin itirilməsinə eyham vurulur.

Bildiyimiz kimi, Ermənistan tarixi Azərbaycan torpaqlarında böyük cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrimizin, qəbiristanlıqlarımızın sökülməsi, o cümlədən İrəvanda Təpəbaşı məhəlləsindəki irsimizin hücuma məruz qalması bəşəri irsə aid olacaq abidələrimizin məhv edilməsi prosesinin tərkib hissəsidir. Ermənilər azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik dövlətin rəhbərliyi əvvəllər azərbaycanlıların məşkunlaşdıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdirib.

Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın Ermənistan ərazisində yüz illərlə tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib, bir çox mədəni irs nümunələri məhv edilib. İndiki Ermənistan ərazisində əsrlər boyu yaşayan azərbaycanlıların XX əsr ərzində deportasiyası nəticəsində hazırda bu ölkədə bir nəfər də azərbaycanlı belə qalmayıb. Ermənistan tərəfindən həyata keçirilmiş mədəni soyqırımı azərbaycanlıların etnik təmizlənməsi ilə müşayiət olunub. Ermənilər bu gün də Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirirlər.

İstanbulda qəbul edilən bəyanat və qətnaməyə Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması və izinin itirilməsi ilə bağlı bəndin daxil edilməsi beynəlxalq aləmin, o cümlədən qeyri-müsəlman ölkələrin diqqətini bu məsələyə çəkmək baxımından çox önəmlidir. Bu sənəd Azərbaycanın ermənilər tərəfindən silinməkdə olan tarixi-mədəni irsinin beynəlxalq təşkilatlarda qaldırılması, məsələnin qlobal platformalarda müzakirəyə çıxarılması üçün baza rolunu da oynaya bilər. Bundan əvvəl Ermənistandakı Azərbaycan irsinin və ölkəmizin işğaldan azad edilmiş torpaqlarında dağıdılmış mədəni abidələrin araşdırılması məqsədilə missiyanın göndərilməsi üçün UNESCO-ya da müraciət olunub. Təəssüf ki, bu təşkilat tərəfindən sözügedən istiqamətdə indiyədək hər hansı bir addım atılmayıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin informasiya nazirlərinin növbəti iclasının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.

14:24

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirlərinin 12-ci Toplantısında “Həqiqətdən kənar dövrdə dezinformasiya və islamofobiya ilə mübarizə” müzakirə olunur.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ümumilikdə 57 ölkədən nazirlər və yüksək səviyyəli nümayəndələr iştirak edir.

Konfransda islam ölkələri arasında media, kommunikasiya və informasiya sahələrində əməkdaşlığı inkişaf etdirəcək fəaliyyətlərlə yanaşı, İƏT Media Forumunun fəaliyyətə başlaması məsələsi də müzakirə edilir.

Oktyabrın 22-də tədbirin rəsmi açılış mərasimi olub. “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə əvvəlcə İƏT İnformasiya Nazirləri Konfransına sədrlik müddəti Səudiyyə Ərəbistanından Türkiyəyə təhvil verilib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun dünyada dezinformasiya və xəbərlərin təhrif olunması barədə danışaraq bildirib ki, islamofobiya və irqçilik dünyanın bəzi ölkələrində özünü daha qabarıq şəkildə büruzə verir.

Toplantı mediaya qapalı şəkildə davam etdirilib.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR