
Gürcüstanın paytaxtı Tbilisidə Kür çayında aşkarlanan avtomobil və içindəkilərin axtarışı zamanı qadın meyiti tapılıb.
AVESTA.AZ xəbər verir ki, tapılan meyit ekspertizaya göndərilib.
Ekspertiza nəticələrinə əsasən, meyitin 40 gün əvvəl itkin düşən Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya aid olduğu müəyyən edilib.
Mərhumun nənəsi Səyalı Paşaqızı Baku TV-yə bildirib ki, Kür çayından tapılan meyitin Aytac olması anası tərəfindən təsdiqlənib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.