23-10-2022, 01:20 449

Sabirabadda bazardakı yanğın söndürülüb - YENİLƏNİB - 4

Sabirabad şəhəri ərazisində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə "AVESTA.AZ"a FHN-dən bildirilib.

Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, əlavə yanğından mühafizə qüvvələrinin vaxtında cəlb edilməsi və yanğınsöndürənlərin peşəkar fəaliyyətləri sayəsində yanğının genişlənərək digər obyektlərə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinə imkan verilməyib.

Yanğınla mübarizə tədbirlərində Sabirabad, İmişli, Hacıqabul, Saatlı rayonlarının Yanğından Mühafizə hissələri və Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 12 ədəd yanğın texnikası və 88 nəfər canlı qüvvəsi iştirak edib.

00:30

Sabirabadda bazarda baş verən yanğın zamanı 2 nəfər yüngül xəsarət alıb.

“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, onlardan biri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Saatlı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1991-ci il təvəllüdlü Əzimov Elsevər İzahim oğludur. Digər şəxsin kimliyi araşdırılır.

Göz nahiyəsindən xəsarət alan hər iki şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

23:56

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə "AVESTA.AZ"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

23:54

Sabirabadda bazarda baş verən yanğın söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.

“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, yanğının qarşısının alınmasına söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad və digər qonşu rayonlar üzrə yanğından mühafizə hissələrinə məxsus 10-dan çox yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğın bazardakı kafelərin birindən başlayıb. Alovun əhatə dairəsi qısa müddətdə daha da genişlənib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

22:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

"AVESTA.AZ" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR