
Bakının Xəzər rayonunun Binə qəsəbəsində avtomobil toydan çıxan sərxoş piyadanı vurub.
"AVESTA.AZ"un məlumatına görə, şadlıq saraylarının birinin qarşısında yolu keçən 1968-ci il təvəllüdlü Rəfiyev Arzuman Maqsud oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
A.Rəfiyevin sərxoş olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.