
İranın Kermanşah bölgəsində 40 yaşlı Samirə Nurbəxş adlı qadın onunla evlənmək istəyən kişi tərəfindən güllələnərək qətlə yetirilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, qadını öldürən 32 yaşlı cinayətkarın psixoloji problemləri olub. Qatil dəfələrlə xanımı evlilikdən imtina edərsə, öldürməklə də hədələyib.
Təqsirkar hadisədən sonra qaçıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.