19-05-2025, 18:48 388

Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür

Qudyalçay üzərindəki körpünün yararsız vəziyyətə düşməsi 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, yağıntılı hava şəraiti ilə əlaqədar Qudyalçayda suyun səviyyəsinin qalxması Xaçmazın Xaspoladoba kəndində bir neçə yaşayış evi üçün ciddi təhlükə yaradıb.

Sel sularının artması nəticəsində evləri qəzalı vəziyyətə düşən kənd sakinlərinin sözlərinə görə, yerli qurumlar tərəfindən çadırlarla təmin olunublar, çıxara bildikləri ev əşyalarını isə qohumlarının evlərinə daşıyıblar.

Evi qəzalı vəziyyətə düşən Valeh Babayev deyib ki, əvvəlki yaşayışlarına qayıtmaq üçün onlara kifayət qədər vaxt və maddi vəsait lazım olacaq:

"Evi artıq təzədən tikməliyik. Sel evin altını, bünövrəsini yuyub aparıb, dam örtüyü də sınıq-sınıq olub. Evin divarları çat verib. İndi qapısı olmayan, kilidi işləməyən çadırda qalırıq. Məktəbli uşaqlarımla soyuq çadırda gecələməli oluruq. Köməyə ehtiyacımız var".

Kənd sakini Fikrət Əliyev də seldən zərər çəkən sakinlərdəndir. Dediyinə görə, evinin əşyalarını qohumunun kirayə qaldığı evə yerləşdirib:

"Sel suları bağçamıza, evimizin içinə doldu. Evin divarları çatlayıb, qapını sel aparıb. Hər yeri su basıb, çölə çıxa bilmirik. Heç olmasa, hərəkət etməyimizə imkan yaradılsın".

Bundan başqa, Xaspoladoba kəndi ərazisindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Qaracəlli, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba kəndlərinin sakinləri rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə etməli olurlar.

Kənd sakini Sabir Əmrahov bildirib ki, körpüdən istifadənin mümkün olmaması təsərrüfat işlərinə mənfi təsir göstərir:

"Körpünün qəzalı vəziyyətə düşməsi işimizi çox çətinləşdirib. Təsərrüfat mövsümüdür, əkin-biçinimiz var. Traktoru, kombaynı sahələrə necə keçirək? Uşaqlarmız məktəbə bu körpüdən keçərək gedirdilər. Bu şəraitdə iki kilometr yolu getməkdən ötrü on beş kilometr məsafə qət etməyə məcbur oluruq".

Bəhs olunan məsələ ilə bağlı Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu "Report"un yerli bürosuna bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılır:

"Ümumilikdə rayonun 6 inzibati ərazi vahidliyində 365 hektar kənd təsərrüfatlı torpaqlarını sel suları basıb.

Eyni zamanda, sel sularından zərər çəkmiş 98 ev və həyətyanı sahələrə də baxış keçirilib. Körpülərə gəldikdə isə hərəkət təhlükəsizlik baxımından müvəqqəti olaraq məhdudlaşdırılıb.

Fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR