
Yunanıstanın Krit adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Alimlərin fikrincə, yeraltı təkanların episentri təxminən 137 min nəfər əhalisi olan Heraklion şəhərindən 80 kilometr şimal-şərqdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.