
Neftçala rayonunun bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Neftcala rayonu Xolqarabucaq kəndində vətəndaşın müraciətinə əsasən d-108 mm-lik yerüstü qaz kəməri üzərində darvaza keçidinin quraşdırılması ilə əlaqədar, 23.05.2025-ci il saat 15:00-dan etibarən işlər başa çatanadək yaşayış məntəqəsində (448 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.