
Azərbaycan Premyer Liqasının XI turunda "Sabah"la oyunda əvəzlənən "Neftçi"nin futbolçusu Yusuf Lavalın durumuna aydınlıq gəlib.
"Report" "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.
Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı bildirib ki, nigeriyalı oyunçunun sınığı və daxili orqanlarında zədəsi yoxdur: "Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək".
Qeyd edək ki, Yusuf Laval fasilədə Yeqor Boqomolski ilə əvəzlənib. Qarşılaşma "Neftçi"nin 2:3 hesablı məğlubiyyəti ilə bitib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.