26-05-2025, 10:48 352

Əkrəm İmamoğlunun işçisi saxlanıldı - 4-cü dalğa əməliyyatı

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqı çərçivəsində həyata keçirilən 4-cü dalğa əməliyyatı zamanı saxlanılan 45 nəfər məhkəməyə göndərilib. Onlar arasında sabiq mer Əkrəm İmamoğlunun mühafizə müdiri Mustafa Akın da yer alır.

AVESTA.AZ haberler.com-a istinadən xəbər verir ki, Saxlanılan şəxslərin prokurorluqda dindirildikdən sonra növbətçi məhkəməyə təqdim olunacağı gözlənilir. Əməliyyatla bağlı axtarışda olan 4 şübhəlinin tutulması istiqamətində işlər davam edir.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda Əkrəm İmamoğlu da daxil olmaqla bir sıra şəxslərə qarşı "cinayətkar təşkilat yaratmaq və rəhbərlik etmək", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tenderlərə müdaxilə" ittihamları irəli sürülüb.

Mayın 23-də keçirilən əməliyyat zamanı KİPTAŞ İdarə Heyətinin sədri Ali Kurt, İSTAÇ rəhbəri Ziya Gökmen Togay, İBB Yol Baxım və Altyapı Koordinasiya Dairəsinin rəhbəri Seyfullah Demirel və sabiq merin mühafizə müdiri Mustafa Akın daxil olmaqla ümumilikdə 45 nəfər saxlanılıb.

İstintaq materiallarına əsasən, İBB-yə bağlı olan KİPTAŞ və İSTAÇ şirkətlərində baş verən qanunsuzluqlar birbaşa olaraq İmamoğlunun yaxın ətrafına – Fatih Keleş, İbrahim Bülbüllü və Murat Gülibrahimoğluna qədər uzanır. Bu şəxslərin tenderlər, torpaq sahələri və pulların yuyulması əməliyyatlarında birbaşa iştirak etdiyi iddia olunur.

Şübhəli Sarp Yalçınkaya və Gülibrahimoğlunun birgə şəkildə cinayət gəlirlərini qanunsuz yollarla sistemə daxil etdiyi bildirilir. Âdem Soytekinin isə KİPTAŞ vasitəsilə həyata keçirilən əmlak maxinasiyalarında vasitəçilərlə əlaqə saxladığı qeyd olunur.

Saxlanılan bəzi şəxslərin adları:

  • Ali Kurt – KİPTAŞ İdarə Heyətinin sədri

  • Ziya Gökmen Togay – İSTAÇ İdarə Heyətinin sədri

  • Seyfullah Demirel – İBB Yol Baxım və Altyapı Koordinasiya Dairə başçısı

  • Mustafa Akın – İmamoğlunun mühafizə müdiri

  • Arif Gürkan Alpay – İBB baş katibinin müavini

  • Kadriye Kasapoğlu – İBB Xüsusi müdiri

  • Ceyhun Avşar – İBB Raylı Sistemlər Dairəsi rəhbəri

  • Yavuz Saltık – İBB sabiq xüsusi müdiri

  • Ahmet Önal – Avropa Yakasında Raylı Sistemlər Şöbə müdiri

  • Burak Alp, Osman Şahin, Murat Er – Yol Baxım və Onarım Şöbəsinin rəhbər şəxsləri

  • Habibe İlknur Kaya, Atilla Alkan, Burak Salman, Davut Şener – İBB-nin müxtəlif mühəndisləri

  • Abdulbaki Yayla, Fadime Şimşek İpşir – İBB kompüter operatorları

  • Hakan Kuk – İBB texniki işçisi

Axtarışda olan 4 nəfər:

  • Süleyman Aslan 

  • Bahattin Uçar – Invest EBA şirkətinin sahibi

  • Serbülend Danış – Danış Asfalt şirkətinin ortağı

  • Berat Çağrı Kapki – şübhəli Murat Kapki ilə qohum

Hazırda istintaq çərçivəsində bütün bu şəxslərin rolu ilə bağlı ekspertlər tərəfindən dəyərləndirmələr aparılır və detallı hesabatlar hazırlanır.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR