
İngiltərə Premyer Liqasında qələbə şərəfinə keçirilən bayram paradında avtomobil "Liverpul" klubunun azarkeşlərinin izdihamına çırpılıb.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə dördü uşaq olmaqla 47 nəfər yaralanıb.
Onlardan 27-si xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs Liverpulda yaşayan 53 yaşlı kişi olub. Hadisə terror aktı kimi qiymətləndirilmir.
Xatırladaq ki, "Liverpul" İngiltərə Premyer Liqasının 38 turunda 84 xal toplayaraq 2024/2025 mövsümündə İngiltərə çempionu olub. İkinci pillədə qərarlaşan "Arsenal"la fərq 10 xal olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.