
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi günündə ədibin barelyefinin açılışı olub.
“AVESTA.AZ” xəbər verir ki, barelyef Azərbaycanın Ticarət və Mədəniyyət Mərkəzinin binasında qoyulub.
Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, habelə diplomatik korpusun nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, daha əvvəl Vaşinqtonda oktyabrın 24-ü Hüseyn Cavidin 140 illiyi münasibətilə anım günü elan edilib.
Bu barədə Vaşinqton meri Muriel Bauzer bəyannamə imzalayıb. Bəyannamədə XX əsrdə yaşamış görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı və irsi ehtiramla yad edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.