27-05-2025, 21:48 387

Qarabağ Universitetinin tələbələri Milli Məclisdə olublar

Mayın 27-də Milli Məclisdə 28 May - Müstəqillik Günü ərəfəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

AVESTA.AZ xəbər verir ki, görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər salınıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında, konstitusion quruluşunun bərqərar olunmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət edilən təqdimat nümayiş olunub.

Azərbaycanın konstitusiya quruculuğunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vurğulanaraq, onun Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın milli mənlik, dövlətçilik şüurunun güclənməsi, tarixi ənənələrinin, mənəvi sərvətlərinin bərpası, iqtisadi, mədəni yüksəlişi dövrü kimi xarakterizə olunub.

Vurğulanıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin əsas qanununda dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması ali niyyət kimi bəyan edilib. Vurğulanıb ki, Ulu Öndərin o dövrdə verdiyi bəyanatlarından birində deyildiyi kimi, yeni Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verir, Azərbaycan ərazisinin bölünməzliyini bir daha bəyan edir.

Görüşdə deyilib ki, ötən dövrdə cənab Prezident möhtərəm İlham Əliyev tərəfindən Ulu Öndərin başladığı işlər layiqincə davam etdirilərək, Azərbaycan Konstitusiyada bəyan edilən suverenlik, müstəqillik, demokratiya, ədalət və qanunun aliliyi yolunda böyük uğurlar, misilsiz və qürurverici qələbələr dolu böyük inkişaf yolu keçib. Bildirilib ki, İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, şəhidlərimizin fədakarlığı sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpası xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Tədbirdə Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının təməlində cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev ideyalarının dayandığı vurğulanıb, Ulu Öndərin ideyalarının sönməz nurunun bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağı bildirilib.

Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür ediblər. Rektor Şahin Bayramov vurğulayıb ki, Qarabağ Universitetində təhsil alan və fəaliyyət göstərən hər kəs tarixi zəfərin bir parçasıdır. O, Qarabağ Universitetinin açılışının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məhz 20 sentyabr 2024-cü il tarixində baş tutmasının rəmzi mənasından bəhs edib. Qeyd edib ki, suverenliyin tam şəkildə bərpa edildiyi torpaqlarda təhsil alan tələbələr üçün ali qanunverici orqanda "Konstitusiya və Suverenlik İli"ndə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuş tədbir keçirilməsi əlamətdar və yaddaqalan hadisədir.

Tədbir çərçivəsində Qarabağ Universitetinin tələbələri parlamentin inzibati binası ilə də tanış olublar.

Bina ilə tanışlıq zamanı tələbələr Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib. Milli Məclisin foyesində isə onlar spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR