28-05-2025, 00:48 265

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

BAKU.WS xəbər verir ki, 107 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

"Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur".

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumidə Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-i saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli Xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi "Müstəqillik Günü haqqında" Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub.

Paylaş

Xəbər lenti

28 May – Müstəqillik Günü: Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür Bu gün, 00:48 İsveçrədə "10 milyon əhali limiti" planı böyük şirkətləri narahat edir Dünən, 23:48 Kanserogenlərlə bağlı miflər: Qəhvə, mikrodalğalı soba və dezodorant xərçəng yaradır? Dünən, 23:48 Çindən Yaponiyaya xəbərdarlıq: Yenidən silahlanma narahatlıq yaradır Dünən, 23:48 Paşinyan: enerji təzyiqləri Ermənistan iqtisadiyyatına ciddi təsir etməyəcək Dünən, 22:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub Dünən, 22:48 Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi Dünən, 22:48 WUF13-də əməkdaş və könüllülərin işi barədə video yayılıb Dünən, 22:48 İliya Topuriya rəqiblərinə sərt mesaj göndərdi Dünən, 21:48 Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub Dünən, 21:48 Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək Dünən, 21:48 Hollandiya millisi DÇ-2026 üçün heyətini açıqladı: Noa Lanq siyahıda Dünən, 20:48 "AzInTelecom", "Aztelekom" və "Azərpoçt" arasında vahid ekosistem formalaşdırılır Dünən, 20:48 Hörmüz boğazı ilə bağlı ABŞ-İran razılaşmasının ilkin layihəsi hazırlanıb Dünən, 20:48 "Azerspace-3" peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq Dünən, 20:48 Dövlətin subsidiyaları yenidən qurması MÜZAKİRƏ EDİLDİ Dünən, 19:48 Rəhman Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşüb Dünən, 19:48 Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək Dünən, 19:48 "Şimal" I Liqada yerini qorudu Dünən, 19:48 Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 19:48 Zelenski Prezident İlham Əliyevə Ukraynaya göstərilən humanitar və enerji yardımına görə minnətdarlıq edib Dünən, 19:48 Hacı namizədləri şeytan daşlayıb, həcc ibadətini tamamladılar Dünən, 19:48 Gəncədə restoranda yanğın olub Dünən, 18:48 Azərbaycanın İƏT-də sədrliyinin prioritetləri açıqlandı Dünən, 18:48 Ali məktəblər "Məzun günü"nü harada keçirəcək? Dünən, 18:48 Kürdəmirdə evləri uçan ailə: "Oğlumun biri Avropa çempionudur" Dünən, 18:48 "Neftçi" yeni mövsüm üçün ilk transferini elan edib Dünən, 17:48 Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub Dünən, 17:48 Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ Dünən, 17:48 Ukraynada azərbaycanlı merə bıçaqlı hücum edildi Dünən, 17:48 İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb Dünən, 16:48 Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb Dünən, 16:48 Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik vasitə dövriyyədən çıxarılıb Dünən, 16:48 Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb Dünən, 16:48 Prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir Dünən, 15:48 Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Dünən, 15:48 İordaniya, Belçika və İtaliyanın səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib Dünən, 15:48 Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır Dünən, 15:48 AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib Dünən, 14:48 Azərbaycanın turizm potensialı Çində tanıdılır Dünən, 14:48 Zirədə 122 saylı məktəb niyə bağlandı? - Rəsmi AÇIQLAMA Dünən, 14:48 Yunanıstan Prezidenti: Azərbaycanla ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk Dünən, 14:48 Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır Dünən, 14:48 DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb Dünən, 13:48 Hoteldə iki qadına xəsarət yetirdi, qızıllarını ələ keçirdi Dünən, 13:48 Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib Dünən, 13:48 Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar Dünən, 12:48 WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR