25-10-2022, 15:50 501

Şəkidə qəzalı uşaq bağçası: yağış suları otaqlara dolur, körpələr xəstələnir - REPORTAJ

Şəkinin Baş Zəyzid kəndində yerləşən uşaq bağçası uzun illər təmir olunmadığından qəzalı və yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna bir qrup valideyn məlumat verib.

Onların sözlərinə görə, hazırda 28 uşağın təlim-tərbiyə aldığı bağçanın artıq bir müddətdir təmir olunması zərurəti yaranıb. İki min nəfərə yaxın sakini olan Baş Zəyzid kəndinin yeganə bağçasının ötən əsrin ortalarında inşa edildiyi bildirilib. Bağça hazırda fəaliyyət göstərsə də, amma buna baxmayaraq standartlara cavab vermir. Bundan əlavə, bağçanın 60 il öncə çəkilən elektrik xətləri köhnə olduğundan tez-tez qısaqapanmalar baş verir. Ona görə də otaqların əksəriyyətində işıq yoxdur və bəzi otaqlar isə sanki zülməti xatırladır.

Müşahidə zamanı məlum olub ki, ümumiyyətlə bağçanın inzibati binası bu vaxta qədər əsaslı təmir olunmadığından dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Azyaşlıların təlim-tərbiyə aldığı bu təhsil ocağının dam örtüyü və tavanı uçmaq üzrədir. Dam örtüyündə yaranan dəliklərdən tökülən yağış suyunun qarşısını almaq üçün bağçanın işçi heyəti tərəfindən döşəməyə qablar düzülür və bununla da otaqların su altında qalmasının qarşısını almağa çalışırlar.

Bağçaya övladlarını və nəvələrini gətirənlər körpələrin başına gələ biləcək hər hansı bir xoşagəlməz hadisədən qorxduqlarını bildiriblər. Çünki, bağçanın divarları çat, döşəməsi qırıq, tavanı isə çökmüş vəziyyətdədir. Valideynlərin sözlərinə görə, soyuq aylarda otaqların qızdırılması çətin olduğundan uşaqlar bağçada tez-tez xəstələnirlər.

Eyni zamanda, mövcud vəziyyət bağçada uzun illərdir çalışan tərbiyəçiləri də narahat edir. Onlar da "Report"un yerli bürosuna açıqlamasında artıq şəraitli bir binada işləmək istədiklərini söyləyiblər. İşçilərin sözlərinə görə, bağçada normal qaydada təlim-tərbiyə ilə məşğul olmaq mümkün deyil. Onlar həmçinin qeyd edib ki, soyuq aylarda körpələrin yatdığı və məşğələlərin keçirildiyi otaqları isitmək olmur. Çünki pəncərələr və döşəmə qırıq olduğundan bayırdakı soyuq hava içəri daxil olur.

Bağçanın müdiri Nigar İsgəndərova "Report"un yerli bürosuna bildirib ki, təhsil müəssisəsində şəraitsizlik səbəbindən soyuq havalarda davamiyyət də aşağı düşür: "Bağçada istilik odunla təmin olunur. Mətbəxdə elektrik enerjisi ilə bağlı yaranan problemə görə, əksər vaxtlar aşpaz uşaqların yeməyini həyətdəki ocaqlıqda bişirir. Bağçanın mövcud durumu ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etmişik".

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən isə "Report"un yerli bürosuna qeyd olunub ki, sözügedən bağçanın vəziyyəti ilə bağlı məlumatlıdırlar: "İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tikinti və təmir işləri növbəlilik əsasında aparılır. Sözügedən bağçanın da vəziyyəti ilə bağlı məlumatlıyıq. Bununla bağlı müvafiq qurumlara məlumat verilib. Bağçanın əsaslı şəkildə təmir olunması nəzərdə tutulub".

Qeyd edək ki, Baş Zəyzid Uşaq Bağçası 70-ci illərin əvvəllərinədək məktəb kimi, həmin vaxtdan bu günə qədər isə bağça kimi fəaliyyət göstərir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR