31-05-2025, 13:48 418

Bakı-Vaşinqton təmasları intensivləşib -

ABŞ rəhbərliyinin Cənubi Qafqaz bölgəsinə marağı artmaqdadır. Ağ Ev rəhbərliyi bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları nəzərə alır və bölgədə əsas tərəfdaş qismində məhz rəsmi Bakını görür.

Son günlərdə Bakı-Vaşinqton diplomatik xəttində təmaslar artıb. Bu fəallıq ABŞ-nin Azərbaycanla münasibətlərin inkişafına verdiyi önəmin ifadəsi kimi dəyərləndirilir.

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Trampın təbrik məktubu

Prezident Donald Trampın Prezident İlham ƏliyevəMüstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunda bu önəm xüsusi olaraq qeyd edilir. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Azərbaycanla əlaqələri, həmçinin rəsmi Bakının terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, Ermənistanla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığını yüksək qiymətləndirir. "30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik", - Donald Tramp bildirib.

Məktubdan da göründüyü kimi, ABŞ-Azərbaycan münasibətlərində energetika, terrora qarşı mübarizə, iqtisadi münasibətlər və təhlükəsizlik məsələləri prioritet təşkil edir. Hansı ki, bu istiqamətlər üzrə Vaşinqtonla əməkdaşlığın dərinləşdirilməsi Bakının da maraqlarına uyğundur.

Senatordan təşəkkür

Bu kontekstdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr də diqqət çəkir. Qəbul zamanı senator ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğulayıb və buna görə də ayrıca minnətdarlığını bildirib. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

Bu fikirlər Tramp Administrasiyasının Bayden hökumətindən fərqli olaraq, Azərbaycanın tərəfdaşlıq münasibətləri çərçivəsində vaxtilə atdığı addımları unutmadığının, əksinə yüksək dəyər verdiyinin göstəricisidir. Ağ Ev rəhbərliyinin mövcud beynəlxalq proseslər fonunda Azərbaycanın əhəmiyyətini xüsusi vurğulaması ikitərəfli münasibətlərin inkişafına da müsbət təsir göstərir. Qeyd edək ki, hazırda Azərbaycan həm də bir çox beynəlxalq tranzit layihələrinin əsas halqası sayılır. Prezident İlham Əliyevin senator Stiv Deynslə görüşündə bu məqam da xüsusi qeyd edilib.

ABŞ rəhbərliyinin Cənubi Qafqaza marağı artmaqdadır

Bakı-Vaşinqton diplomatik təmaslarının intensivliyi bununla da yekunlaşmır. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak və Dövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelke də Bakıya gəlib. ABŞ səfirliyinin məlumatında qeyd edilir ki, onlar Azərbaycana yüksəksəviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər ediblər.

Göründüyü kimi, ABŞ rəhbərliyinin Cənubi Qafqaz bölgəsinə marağı artmaqdadır. Bölgədə isə əsas söz sahibinin Azərbaycan olduğu, yeni əməkdaşlıq imkanlarının məhz Bakının yaratdığı reallıqlara uyğunluğu əsas amildir. Ağ Ev rəhbərliyi bu reallıqları nəzərə alır və bölgədə əsas tərəfdaş qismində məhz Azərbaycanı görür.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR