
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Əməliyyat zamanı rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlovdan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin, 300 qram həşiş və metadon tərkibli psixotrop həblər aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.