
Ukraynada iki Azərbaycan vətəndaşı - Əsgərov Rəşad Cahangir oğlu və onun yaxın dostu Xəyyam Qaraşov 3 aydır ki itkin düşüb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə Rəşad Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.
Onun sözlərinə görə, yaxınları bu ilin mart ayından bəri hər iki şəxslə bağlı heç bir xəbər ala bilmir:
"Rəşad və Xəyyam 2025-ci ilin fevral ayının 26-da Ukraynaya səfər edib. Martın 6-dək mütəmadi olaraq əlaqə saxlayırdıq. Həmin tarixdən etibarən isə hər ikisi ilə bütün əlaqə kəsildi".
Məlumata görə, Rəşad Əsgərov uzun illərdir Ukraynada yaşayıb. O, 2003-cü ildə ali təhsilini başa vurduqdan sonra Kiyevə köçərək orada məskunlaşıb. Peşəkar cüdoçu kimi dünya ikincisi olmuş Rəşad idman sahəsində çalışıb, Kiyevdə məşqçi kimi fəaliyyət göstərib.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra o, ailəsi ilə birlikdə Azərbaycana qayıdıb. İtkin düşdükləri son səfərdə isə məqsədləri Kiyevdə qalan şəxsi avtomobillərini satmaq olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.