4-06-2025, 20:48 306

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə ötən il öldürülən Amil Xudaverdiyevin yaxın qohumlarının cinayət işi üzrə proses davam edir.

Müttəhimlər kürsüsünə Amil Xudaverdiyevin qardaşlarının övladları Pərviz və Seymur Xudaverdiyevlər çıxarılıblar.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, o, 2023-cü il noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 53 yaşlı Cavanşir Ruhulla oğlu Abdullayevi "Revolver" markalı tapança ilə qətlə yetirib.

Bundan sonra 38 yaşlı Pərviz Cabir oğlu Xudaverdiyev polisə təslim olub.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər - Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin qətlinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı "Revolver" tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev polisə gələrək təslim olub. Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

Qətlə yetirilən Cavanşir Abdullayev Pərvizin əmisi Amin Mərdəkanskinin qudası olub. Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə Pərvizin bacısını qaçırıb. Münaqişə Ruhulla Pərvizin bacısını boşadıqdan sonra yaranıb. Mərhum Cavanşir Abdullayev quyu qazan texnikanın sürücüsü, Pərviz Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

Ötən prosesdə dindirilən Şahin Xudaverdiyev bildirib ki, onun eşitmə, görmə və yaddaşla bağlı problemi olduğu üçün hadisəni dəqiq xatırlamır:

"Mən heç nə bilmirəm. Onu eşitmişəm ki, qardaşım qudam Cavanşiri öldürüb. Kim demişdi, xatırlamıram. Məsələ isə qızımla əlaqədar olmayıb. Sosial şəbəkədə paylaşılanlardan da xəbərim yoxdur. Mən köhnə model telefon istifadəçisiyəm".

Bu zaman hakim Novruz Kərimov ona qardaşının bunu niyə etməsinin səbəbini soruşub. Şahid cavab verib ki, qardaşı da daxil olmaqla ailəsinin bir neçə üzvü ruhi xəstəlikdən əziyyət çəkib:

"Bizim ailədə ikinci qardaşımdan başqa, hamı ruhi dispanserdə müalicə alıb. Pərvizin də belə problemi olub. Ümumiyyətlə, hadisəni niyə törətdiyini bilmirəm. Silah-sursat da görməmişəm".

Dövlət ittihamçısı şahidə Amin Xudaverdiyevin qətli ilə bağlı da sual ünvanlayıb. Belə ki, istintaq materiallarına əsasən, hər iki qətlin əlaqəli olduğu ilə əlaqədar əsaslı şübhələr müəyyən edilib.

Şahin Xudaverdiyev bildirib ki, qətlə yetirilən hər iki şəxsin bir-birilə əlaqəsi yaxşı olub. Onların arasında ədavət olması ehtimalı ilə bağlı məlumatı yoxdur.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü il noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsilə bağlı cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. 2024-cü il avqustun 7-də Amin Mərdəkanski öldürülüb.

Həmin gün Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyevin qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Cavanşir oğlu Abdullazadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. O, uzun illər Rövşən Lənkəranskinin yaxın tərəfdaşı hesab olunub.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR