5-06-2025, 08:48 302

Vəzifədə olarkən ölən məmurlar - Virus, dəm qazı, qəza...

İstər ölkəmizdə, istərsə də dünyada vəzifəli şəxslərin həyatı hər zaman diqqət mərkəzində olub – onların uğurları, istefaları, şəxsi seçimləri və bəzən də qəfil gedişləri. Bu da yarımçıq planlar, masa üzərində açıq qalmış sənədlər və geridə qalan xatirələr deməkdir...

Azərbaycanda bir sıra dövlət məmurları-nazirlər və müavinləri, rektorlar, eyni zamanda millət vəkilləri vəzifəsini icra etdiyi müddətdə vəfat ediblər.

AVESTA.AZ "Qafqazinfo"ya istinadən vəzifədə olarkən gözlərini həyata əbədi yuman məmurlarla bağlı məlumatı təqdim edir. 

Onlardan biri 2006-2021-ci illərdə gənclər və idman naziri olan Azad Rəhimovdur. Sabiq nazir 2021-ci ilin 30 aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə aldığı Nyu-York xəstəxanasında vəfat edib. A.Rəhimov həmin ilin 2 mayında İkinci Fəxri Xiyabanda dəfn olunub.

12 il energetika naziri (indiki adı ilə) işləyən Natiq Əliyev də 69 yaşında xidmət başında dünyasını dəyişib. O bu vəzifəni 2005-2017-ci illər arasında icra edib. Mərhum nazirin ölüm səbəbi ürək çatışmazlığı olub. O da İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

2006-2018-ci illərdə müdafiə sənayesi naziri olan 68 yaşlı Yavər Camalov da digər iki həmkarı kimi vəzifədə ikən ölüb. Eks-məmur 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, iyunun 24-də Şüvəlan qəbirstanlığında dəfn olunub.

23 il maliyyə nazirinin birinci müavini kimi çalışan İlqar Fəti-zadə isə 2022-ci ilin 14 aprel tarixində uzunsürən xəstəlik səbəbilə 66 yaşında dünyasını dəyişib. İ.Fəti-zadə 1999-2006-cı illərdə Əvəz Ələkbərovun, 2006-cı ildən vəfat etdiyi tarixə qədər isə Samir Şərifovun müavini işləyib.

1999-2018-ci illərdə səhiyyə naziri Oqtay Şirəliyevin müavini olan Abbas Vəlibəyov 71 yaşında həyata gözlərini yumub. O, 2018-ci il aprelin 9-da qəfil ürəktutmadan ölüb.

Bir vaxtlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini işləyən general-leytenant Nazim Məmmədov da vəzifə müddətində dünyadan köçüb. O, bu vəzifəni 2018-2022-ci illərdə icra edib. N.Məmmədov ömrünün 70-ci ilində koronavirusdan vəfat edib.

Cəmi 1 il Ağsunun icra başçısı ola bilən Vahid Tağıyev də pandemiya qurbanlarından olub. Koronavirusdan vəfat edən mərhum 2019-2020-ci illərdə sözügedən vəzifəni icra edib. Sabiq icra başçısı 59 yaşında həyatla vidalaşıb.

Naftalanın sabiq icra başçısı Rövşən İbrahimov da həmkarı Vahid Tağıyev kimi cəmi 1 il (2018-2019-cu illərdə) vəzifədə qalıb. Onun meyiti yaşadığı evdən tapılıb. İlkin məlumatda eks-məmurun ürəktutmadan öldüyü deyilsə də, sonradan dəm qazından boğulduğu məlum olub. Həmin vaxt mətbuata açıqlama verən mərhumun köməkçisi Yavər Aslanov isə bu versiyanın da ehtimal olduğunu, ekspertizanın rəyini gözlədiklərini qeyd edib.

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov da vəzifədə ikən ölən məmurlar arasındadır. O, 2024-cü ilin sentyabrında 63 yaşında Türkiyədəki xəstəxanada ürək əməliyyatından sonra həyatını itirib. K.Həsənov uzun illər "Azərsu" ASC-nin sədr müavini vəzifəsində çalışıb, ötən ilin yayından etibarən isə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə sədr vəzifəsini icra edib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yarandığı tarixdən- 1998-ci ildən agentliyin baş direktoru olan Nazim İsmayılov da xidməti zamanı dünyadan köçüb. O, 2014-cü ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

2007-2018-ci illərdə Şəhərsalma və Arxitektura Komitəsinin sədri olan Abbas Ələsgərov da səlahiyyəti müddətində ölüb. O, 81 yaşında ürəktutmadan vəfat edib.

Cəmi 2 ay Naxçıvanın Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində çalışan Əkrəm Hüseynzadə 41 yaşında ağır xəstəlik səbəbilə dünyadan köçüb. Belə ki, o, 2024-cü il iyulun 31-də Naxçıvan MSK-nın sədri təyin olunub və həmin ilin 8 oktyabr tarixində vəfat edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəzifədə olarkən dünyasını dəyişib. Geoloq 2023-cü ildə 93 yaşında vəfat edib. O, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.

2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Mahmud Kərimov da vəzifə başında həyatla vidalaşanlar arasındadır. Respublikada fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. "Şöhrət" Ordenli alim 2013-cü ildə Bakıda vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də vəzifədə olan zaman dünyasını dəyişib. M.Nəbiyev 2022-ci ildə həyata gözlərini yumub. Qeyd edək ki, o, 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri postunda çalışıb.

Səlahiyyəti müddətində vəfat edən vəzifəlilər arasında rektorlar da var:

2015-2019-cu illərdə Dövlət Dəniz Akademiyasının rektoru olan Çingiz Əliyev 56 yaşında xərçəng xəstəliyindən ölüb.

1997-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) rektoru olan Siyavuş Qarayev 72 yaşında vəfat edib. O, uzunsürən xəstəlik səbəbilə həyatla vidalaşıb.

Milli Məclisin deputatlarından da seçildiyi müddətdə dünyadan köçənlər az deyil: 

VI çağırış Milli Məclisin deputatı Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili uzunsürən xəstəlikdən əziyyət çəkib.

75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib. O da VI çağırışda millət vəkili olub.

VI çağırışda deputat olan Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə 2023-cü ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı deputat 5 gün sonra orada vəfat edib.

III, IV və V çağırış Milli Məclisin deputatı olan Astan Şahverdiyev 2018-ci ildə 71 yaşında vəfat edib. O da ürəktutmadan ölən vəzifəlilər arasındadır.

III və IV çağırış deputatı Hikmət Atayev isə 60 yaşında vəfat edib. O, idarə etdiyi avtomobilin başqa bir maşınla toqquşması nəticəsində 2013-cü ildə hadisə yerində dünyasını dəyişib.

Paylaş

Xəbər lenti

Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR