
Şərur rayonunun kənd yolunda qaya uçqunu olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib.
İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.
Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İri ölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.
Hazırda yolda təhlükəsizlik təmin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.