
Paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb.
Bundan başqa, paytaxtın Yasamal rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 51 yaşlı F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.