
Ötən gün Türkiyədə toya silahlı hücum edilib.
AVESTA.AZ xəbər verir ki, hadisə Siirt rayonunun Kurtalan qəsəbəsində baş verib.
Naməlum şəxs odlu silahla toya daxil olaraq hamıya atəş açıb.
Bədbəxt hadisə nəticəsində 4 nəfər yaralanıb. Xəsarət alanlar təcili olaraq Kurtalan Dövlət xəstəxanalara aparılıb.
Yaralılardan biri Adnan Pekgöz vəfat edib.
Hadisəni törədən A.A. adlı şəxs şübhəli qismində saxlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.