
Qaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, xəsarət alanlar "VAZ-21099"un sürücüsü Qax rayonu, Turaclı kənd sakini, 1986-cı il təvəllüdlü Şahlar Bəşirov, 9 yaşlı Ö.A. və 12 yaşlı İ.A-dır.
17:20
*** 17:25
Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.