
Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qızılhacılı qəsəbə sakini Kəmalə Abdullayeva "Nissan" markalı avtomobili idarə edərkən 2014-cü il təvəllüdlü Zeynəb Bayramovanı vurub.
11 yaşlı qız müxtəlif bədən xəssrətləri alıb. Hazırda vəziyyəti kafidir.
Hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayevanın Goranboy rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi bildirilir.
***14:05
Goranboyda 2014-cü il təvəllüdlü Bakı şəhər sakini Z.Bayramovanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, marketlərin birinin qarşısında yolu keçmək istəyən yeniyetməni Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi "Nissan" markalı minik avtomobili vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.