10-06-2025, 10:48 848

Pula görə dayısını bıçaqlayan şəxsə HÖKM OXUNDU

Ali Məhkəmədə Lənkəranda dayısını bıçaqlamaqda təqsirləndirilən Ramin Təhməzovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 7 fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Mamusta kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Ramin Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Ramin Təhməzov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayırdı. Zərərçəkmiş İltifat Rufiyev onun dayısıdır. Əvvəllər dayısı və onun övladları ilə münasibətləri yaxşı olub. Ramin Təhməzovun sözlərinə görə, 1990-cı illərdə, uşaq yaşlarında olarkən, dayısı oğlu Anar onun fərdi sahibkarlıqla məşğul olmaq üçün atasından külli miqdarda pul borc olaraq alıb. Atası isə 1994-cü ildə yol-nəqliyyat hadisəsində vəfat edib. Lakin dayısı oğlu atasının yas mərasiminə gəlməyib. Eyni zamanda atasından aldığı pulu da qaytarmaqdan imtina edib. Sonra isə Anar anasından borc qismində 5000 ABŞ dolları pul istəyib. Anası isə onlarla qonşuluqda yaşayan Nicatdan sələmə 5000 ABŞ dolları pul alaraq Anara verib. Anar həmin pulla fərdi sahibkar kimi iş görməli olduğu halda xərcləyib. Anası dəfələrlə qardaşı İltifatdan və onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmayıblar. Anası 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Həmin vaxtlar uşaq olduğuna görə anasına qarşı dayısı zərərçəkmiş şəxs və onun oğlu Anar Rufiyevin etdiyi hərəkətlərlə bağlı hər hansı tədbir görə bilməyib.

Anasının da ölümündən sonra o və üç bacısı Lənkəran rayonu Mamusta kəndində yaşayan əmisi evinə köçüblər. Əmisi onları himayə edərək böyüdüb. Bakı şəhərində olan evləri əmisi tərəfindən satılaraq anasının sələmə götürdüyü pul ödənilib. O qeyd edib ki, Anar 2023-cü ilin yanvar ayının sonlarında Rusiyaya gedib. Bundan sonra dayısı İltifatla görüşməyə çalışıb. Lakin İltifat ondan yayınmağa davam edib. 7 fevral 2023-cü il tarixdə, saat 09:30-da dayısı İltifatın kənddə həmkəndliləri Gülməmmədin "Mercedes" markalı avtomobilində oturduğunu görüb və kənarda durub onu izləyib. Dayısı saat 10:30-da həmin avtomobildən düşüb və yaxınlıqdakı marketə daxil olub, bir qədər sonra isə oradan çıxaraq evi istiqamətdə getməyə başlayıb. Bu zaman Ramin ona yaxınlaşaraq çağırıb. Dayısına yaxınlaşaraq birlikdə gediblər. Ramin uşaq bağçasının yaxınlığına çatdıqda İltifatdan anasından aldıqları pulu qaytarmalarını tələb edib və vəziyyətinin ağır olduğunu bildirib. Lakin İltifat özünün və oğlu Anarın ona borcu olmadığını söyləyib. Dayısı İltifatın haqsız danışdığını gördükdə əsəbiləşib və özündə olan bıçaqla onu vuraraq qisas almaq qərarına gəlib.

Lakin dediyinə görə, dayısını öldürmək məqsədi olmayıb. Saat 11 radələrində İltifat dönüb ondan aralaşmaq istədikdə sağ dirsəyi ilə onun üz nahiyəsinə bir zərbə vurub. İltifat zərbənin təsirindən üzü üstə yerə yıxılıb. Əynindəki gödəkçənin sol yan cibində olan mətbəx bıçağını çıxarıb dayısının başının arxa nahiyəsinə ardıcıl olaraq iki zərbə endirib. Lakin bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etməyib. Sonra isə əsəbi olduğundan İltifatı bıçaqla bir-neçə dəfə də vurub. Bundan sonra İltifatın hərəkətsiz vəziyyətdə qaldığını görərək oradan uzaqlaşıb, dərhal DİN-in "102" xidmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat verib və yol uzaq olduğundan özü rayon polis şöbəsinə gedə bilmədiyindən polis işçilərinin gəlib onu aparmalarını gözləyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Təhməzov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilib. Ramin Təhməzovun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və cəzası 3 il 6 aya endirilib, cəzasının ümumi rejimli müəssisədə çəkməsi müəyyən edilib. Bu qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. İşin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR