27-10-2022, 11:40 669

Azərbaycanda 330 IMEI koduna “klon” statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ölkəyə gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində bu günə qədər 330 IMEI koduna “klon” statusu verib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, şirkətin Mobil cihazların qeydiyyatı şöbəsi mütəmadi IMEI kodları üzrə ətraflı araşdırma aparır. Surətinin köçürüldüyü aşkarlanan IMEI koduna “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edir. Həmin 330 IMEI kodu son üç ayda 153 464 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.

Hazırda surətinin köçürülməsi şübhəsi olan IMEI kodları ilə bağlı monitorinq davam etdirilir. Son üç ay ərzində 50 mindən çox mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünən bir neçə IMEI kodu ilə bağlı araşdırma aparılıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 günə qeydiyyatdan keçirilməlidir. Bu zaman cihazın satış qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.

Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə nazirliyin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar. Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar. Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb” mesajı təqdim ediləcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmək tövsiyə olunur.

Paylaş

Xəbər lenti

Uşaqların sosial şəbəkələrdən istifadəsinə yeni qaydalar: Ekspertdən VACİB AÇIQLAMALAR Bu gün, 00:48 Ev sahiblərinin seçimi: Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? Dünən, 23:48 Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb Dünən, 23:48 Drumeva: IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir Dünən, 23:48 IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar hansılardır? Dünən, 23:48 Ən tez küsən bürclər açıqlandı – Siz də onların arasındasınız? Dünən, 23:48 Çində milyonlarla insan təxliyə edildi, minlərlə reys ləğv olundu Dünən, 22:48 Suriyada Əsəd dövründən sonra ilk Xalq Məclisi iclası keçirildi Dünən, 22:48 Almaniya Ukraynaya 50 min zərbə PUA-sı göndərməyə hazırlaşır Dünən, 22:48 İranın Bəndər Abbas limanı yaxınlığında partlayış səsləri eşidilib Dünən, 21:48 Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi Dünən, 21:48 Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur Dünən, 21:48 İranın Ali rəhbəri ABŞ və İsrailə qarşı qisas vəd etdi Dünən, 20:48 Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI Dünən, 20:48 Şimal-qərb bölgəsində təbii fəlakət: Selin vurduğu zərər müəyyənləşdirilir Dünən, 20:48 Oman İrana etiraz notası təqdim etdi Dünən, 20:48 Ruslan Lunev Avropa Kubokunda növbəti qızıl medalını qazandı Dünən, 19:48 İngiltərənin qolu qalmaqal yaratdı – FIFA iddialara cavab verdi Dünən, 19:48 Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb Dünən, 19:48 Türkiyədə meşə yanğınlarına qarşı 140 min könüllü səfərbər olunub Dünən, 19:48 IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb Dünən, 18:48 Haluk Leventin saxlanılması barədə qərar verildi Dünən, 18:48 Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib Dünən, 18:48 Samur-Abşeron kanalında yeniyetmə batıb Dünən, 18:48 Kaliforniyada meşə yanğını sürətlə böyüyür: Minlərlə hektar ərazi alov içində, təxliyələr başladı Dünən, 17:48 Milyonlar xərclədi, yenə xəstələndi – məşhur biohakerin diaqnozu müzakirə yaradır Dünən, 17:48 İranda ABŞ senatoru Lindsi Qrahamın ölüm xəbəri efirdə sevinclə qarşılanıb Dünən, 17:48 Türkiyə Nazirlər Kabineti NATO sammiti və regional məsələləri müzakirə edəcək Dünən, 17:48 Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Dünən, 16:48 Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb Dünən, 16:48 Zelenski Ukraynada genişmiqyaslı kadr islahatlarına start verir Dünən, 16:48 "Günəş gözümə düşdü, idarəetməni itirdim" - Hacıqabuldakı qəzanın TƏFƏRRÜATI Dünən, 16:48 Ot tayaları yandı, yük maşını yararsız hala düşdü Dünən, 15:48 Azərbaycanda tanınmış musiqiçi vəfat edib Dünən, 15:48 Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib Dünən, 14:48 Tovuzda yaşayış evində YANĞIN: İki nəfər xəsarət alıb Dünən, 14:48 İmtahanda 12 nəfərdə mobil telefon aşkarlanıb Dünən, 14:48 "Taşacak bu deniz"də daha bir eşq Dünən, 14:48 Ağdaşda "Mercedes" yanıb kül oldu Dünən, 13:48 Venesuelanı bu amerikalı nazir idarə edir? Dünən, 13:48 Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib Dünən, 13:48 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər Dünən, 13:48 "Kızılcık Şerbeti"nin aktyoru yeni serialda Dünən, 12:48 Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub Dünən, 12:48 Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq Dünən, 12:48 Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir Dünən, 12:48 Hollouey Makqreqoru ilk raundda texniki nokautla məğlub edib Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR