
Çin Prezidenti Si Cinpin Qazaxıstanda keçirilən sammitdə çıxış edib. O deyib ki, Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları səbəbindən Yaxın Şərqdə gərginliyin artmasından narahatdır.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Si Cinpin bildirib ki, bölgədə gərginliyin tezliklə azalması üçün bütün tərəflər birgə çalışmalıdır.
O həmçinin əlavə edib ki, Çin başqa ölkələrin suverenliyinə və təhlükəsizliyinə hörmət edir və hərbi münaqişə problemi həll etmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.