
Bakının Xətai rayonunda 12 və 14 yaşlı yeniyetmələri avtomobil vurub.
“AVESTA.AZ”un məlumatına görə, 2008-ci il təvəllüdlü Şəkərov Ayxan Elşən oğlu və 2010-cu il təvəllüdlü Novruzov Tunar Elvin oğlu yolu keçərkən avtomobil onları vurub.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.