
İranın ali dini liderinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani İsrailin endirdiyi zərbə nəticəsində sağ olduğunu, lakin ağır yaralandığını bildirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"O, İranın Ali Rəhbərinə mesaj göndərərək, sağ olduğunu və həyatını qurban verməyə hazır olduğunu söyləyib", - məlumatda vurğulanıb.
Hazırda müşavirin vəziyyətinin stabil olduğu bildirilir.
Xatırladaq ki, Şamxani bundan əvvəl İsrailin iqamətgahına endirdiyi zərbə nəticəsində ağır xəsarətlərlə xəstəxanaya aparılmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.