
Yunanıstanın Saqqız adasında meşə yanğınları baş verib. Nəticədə bir neçə kənd təhlükəsizlik məqsədilə təxliyə edilib.
AVESTA.AZ sondakika-ya istinadən xəbər verir ki, yanğın şənbə günü başlayıb və güclü külək nəticəsində sürətlə yayılıb.
Rəsmi mənbələrin məlumatına görə, əraziyə təxminən 200 nəfər yanğınsöndürən və 6 helikopter cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Yanğının nəzarət altına alınması üçün səylər artırılıb. Yerli hakimiyyət orqanları sakinləri təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.