30-10-2022, 12:44 472

Ukraynanın Azərbaycandakı səfirliyi Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib

Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi Rusiya Federasiyasının “taxıl sazişi”ndən çıxmasına münasibət bildirib.

Səfirlikdən “Report”a verilən məlumata görə, iyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının alınmasına təsir etməlidir.

Lakin, oktyabrın 29-u Rusiya rəsmi olaraq müvəqqəti işğal olunmuş Krımda eyni gündə baş vermiş partlayışların arxasında gizlənərək, “taxıl sazişi”ndən çıxdığını təktərəfli qaydada bəyan edib.

Qeyd olunub ki, Kreml bütün dünyanı nüvə, enerji və bu dəfə dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcək qida təhdidləri ilə şantaj etməkdə davam edir:

“Sentyabrdan bu günə qədər artıq 176 gəmi taxıl dəhlizində toplanıb və onlar öz marşrutu ilə gedə bilmirlər. Belə ki, hələ sentyabr ayında Kreml Ukraynanın ərzaq ixracını əngəlləmək qərarına gəlib, əks halda belə gəmi növbəsi yaranmazdı. Oktyabrın 29-da Krımda baş verən partlayışlar isə Kremlin öz öhdəliklərini yerinə yetirməmək kimi ənənəvi siyasətinə növbəti bayağı bəhanədir.

Rusiyanın bu cür düşünülmüş hərəkətlərinin ən pis nəticələri Afrika və Asiya ölkələri, xüsusən Türkiyə, Əlcəzair, Liviya, Tunis, Misir, Efiopiya, Yəmən və sairləri üçün olacaq. Ukrayna ixracının pozulması bu ölkələr üçün minimum ərzaq qiymətlərində ağrılı artım, maksimumda isə sosial və siyasi sabitliyin pozulması deməkdir”.

Vurğulanıb ki, Rusiyanın G-20-də və beynəlxalq ünsiyyətin başqa formatlarında yeri yoxdur və Kreml qəsdən genişmiqyaslı aclıq yaratmağa çalışır: “Azad dünyanın anti-müharibə sanksiyaları Rusiyasın ərzaq və ya gübrəsinə aid edilmir, ona görə də onların kənd təsərrüfatı ixracının bloklandığı iddia edilən rus hekayələri tamamilə yalandır. Rusiya Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlamazdan və limanlarımızı blokadaya almazdan əvvəl dünyada belə bir təhlükə belə yox idi - kəskin ərzaq böhranı ilə bağlı geniş miqyaslı sabitliyin pozulması indi Rusiyanın təcavüzü ilə bağlıdır. Rusiya ən kasıb ölkələrə 500 min ton taxıl tədarükü ilə bağlı tamamilə qeyri-adekvat bəyanatlar verir, o zaman özü bu ölkələrə tədarükün qarşısını alır. Hazırda dənizdə növbə gözləyən 2 milyon ton ərzaq məhsulunun əhəmiyyətli bir hissəsi ən yoxsul ölkələr üçündür. Taxıl ixracı təşəbbüsü çərçivəsində dəniz məhsulları ixracatımızın üçdə ikisi xüsusi olaraq Afrika və Asiyaya göndərilib”.

Səfirlik bildirib ki, Ukrayna BMT-nin Ərzaq Proqramı çərçivəsində yalnız ən yoxsullara 200 min ton ərzaq göndərib. Bundan əlavə, Ukrayna Efiopiya və Somaliyə humanitar yardım kimi on minlərlə ton taxıl ayırıb:

“Rusiya Ukraynanın işğal olunmuş hissəsində taxıl (500 min ton) oğurlamasaydı, biz bu həcmi dünya bazarına və ya BMT-nin Ərzaq Proqramına göndərərdik ki, bu da dünya ərzaq qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verərdi və Afrika və Asiyanın on milyonlarla sakininin qida hüququna təminat verərdi. Uzun illərdir ki, dünyada ən böyük aclıq təhlükəsinin yeganə səbəbkarı Rusiyadır. Afrika və Asiya ölkələri üçün Rusiyanın təhrik etdiyi ərzaq böhranı sosial və siyasi sabitliyin pozulmasına, yəni, yeni kütləvi– xüsusən də Türkiyə və Avropa İttifaqı ölkələrinə miqrasiya dalğalarına gətirib çıxaracaq.

Ukrayna həmişə ərzaq təhlükəsizliyinin qarantı olub və bundan sonra da olmağa hazırdır. İndi son dərəcə vacibdir ki, “taxıl sazişi”nin təminatçısı kimi BMT və Türkiyə, eləcə də Ukrayna taxılının ixracından asılı olan ölkələr Rusiyaya dünyada yüz milyonlarla insanın, xüsusilə Afrika, Asiya və Latın Amerikasında insanların Kremlin aclıq oyunlarının girovu kimi saxlanmasının yolverilməzliyi barədə aydın şəkildə siqnal verməlidirlər. Rus terroru və şantajı uduzmalı, dünyaya aclığı qaytarmaq üçün bu səylərinə görə Rusiya cəzalandırılmalıdır”.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR