
Füzulidə baş verən zəncirvari qəzada ölənlər var.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, rayon ərazisində baş verən qəzada 3 nəfər hadisə yerində həlak olub.
Belə ki, hərəkətdə olan "Mercedes", "KİA" və "Opel" markalı avtomobilin toqquşması zamanı 3 nəfər həyatını itirib.
Qəza zamanı ölənin ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.