25-06-2025, 11:48 481

İsrail-ABŞ-İran müharibəsində yenə də tam qalib yoxdur - AÇIQLAMA

"Beynəlxalq münasibətlər sistemi heç zaman müşahidə olunmayan bir görkəm və qeyri-dəqiqlik əldə edib. Dəqiq olan yeganə məsələ var ki, o da beynəlxalq konfiqurasiyada anarxiyanın hökm sürməsidir. Bu baxımdan cənab Prezident İlham Əliyevin dünyada beynəlxalq hüquq, onun norma və prinsiplərinin deyil, güc amilinin hökm sürdüyü fikrində böyük bir hikmət var".

Bu sözləri BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib. 

Onun sözlərinə görə, məhz bu reallığı zamanı qabaqlayaraq dərk edən dövlət başçımız xarici siyasət prioritetlərimizə dəqiqliklə fokus oldu. Azərbaycan öz gücü hesabına beynəlxaq hüququn norma və prinsipləri çərçivəsində dünyanı heyrətləndirən tarixi Zəfər əldə etdi:

"Bu Zəfərin önəmi bugünkü reallıqda daha da aydın görünür. Dünya siyasətinə boylandığımız zaman Ukrayna-Rusiya, Yaxın Şərqdə baş verən hadisələr, İsrail-ABŞ-İran müharibəsi, NATO-nun azalan nüfuzu, ərəb dünyasında baş verən siyasi proseslər gələcək üçün mümkün ssenarilər verməkdə bulanıqlıq yaradır. Belə bir ambivalent durumda Ukrayna-Rusiyadan sonra İran-İsrail münaqişəsi daha axıcı hesab edilir, çünki heç bir tərəf böyük güc statusunu itirmək istəmir.

Şübhəsiz ki, xaricdəki oyunçuların qarşıdurmaya necə reaksiya verdiyi də diqqətlə izlənilir. Məsələn, rəsmi Moskvanın əsas diqqət mərkəzi yenə də Qərblə qlobal qarşıdurmadır. Bu baxımdan İran-İsrail böhranında Rusiyanın prioritetləri mütləq Vaşinqton və Qüdsün prioritetlərindən fərqli olacaq. Bir tərəfi ən çox Tehranın nüvə proqramı narahat etdiyi halda, digər tərəf daha çox Tehranın qərbyönümlü olması və ya rejimin dağılması perspektivindən narahatdır. 

Rusiyada həm də hesab edilir ki, ABŞ-ın münaqişəyə qoşulmasının müsbət və mənfi cəhətləri bir-birini ləğv edəcək. Bir tərəfdən ABŞ-ın birbaşa iştirakı Rusiya liderinin reputasiyasını riskə atdığı və qalib gələcəyinə inandığı Ukraynadakı müharibədən Qərbi yayındıracaq. İran münaqişəsi neft qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər ki, bu da onu Ukraynada daha çox resurs xərcləməyə cəsarətləndirir. Digər tərəfdən Qərbdə də belə bir düşüncə hökm sürür ki, Putin həmçinin Tehranı xilas edə bilmədiyi üçün ciddi reputasiyaya uğrayıb".

Siyasi ekspert əlavə edib ki, Moskva Ukrayna müharibəsinin ilkin mərhələlərində dronlara görə İrandan asılılığından narazı qaldı və bu asılılığı aradan qaldırmaq üçün addımlar atdı:

"Tehran hələ də müəyyən aspektlərdə Rusiyaya kömək etsə də, pilotsuz təyyarələr artıq onların müdafiə əlaqələrinin əsas istiqaməti deyil və Kreml artıq İrandan əvəzedicilərin alınmasından asılı deyil.

Həmişə olduğu kimi, Moskvanın əsas diqqət mərkəzi Qərblə qlobal qarşıdurmadır, ona görə də bu onun regiondakı mövqeyini və onun ümumi geosiyasi hesablamalarını zəiflədəcək.  Rusiya münaqişəni ehtiyatla izləsə də, bu ölkə öz mövqeyinə kifayət qədər əmindir. Rusiya hazırda İranı fəal şəkildə dəstəkləməsə də, əgər gələcək iştirak Moskvanın daha geniş anti-Qərb maraqlarına uyğun olarsa, o, daha çox şey etmək qərarına gələ bilər.

Dünyanın diqqətini cəlb edən, sadəcə gücün sərt elementinin hansı tərəfdə güclü olduğunu yoxlayan deyil, həm də yaradılış baxımından iki əks qütbə xidmət edən İsrail-ABŞ-İran müharibəsində yenə də tam qalib yoxdur. Diqqətlə izlənilən aktorlar sırasında Azərbaycan da var ki, ölkəmizin mövqeyinin özü də son dərəcə diqqətli, məqsədyönlü və vahiddir. İstənilən dramatik eskalasiyasıda belə cənab Prezident İlham Əliyev son dərəcə zərgər dəqiqliyi ilə addımlar atır.

Məhz bu dərin diplomatiyanın nəticəsidir ki, İkinci Dünya müharibəsindən sonra heç bir aktor Azərbaycan qədər birmənalı və bütöv qələbə əldə etməyib. Üz tutulan tərəfləri, razılaşdırılan sövdələşmələri daha diqqətlə seçməyə sövq edən bir digər məsələ enerji təhlükəsizliyi ilə bağlı olaraq baş verən hadisələr və mövcud təcrübələrin gətirmiş olduğu zərurət oldu. Xarici, hətta daxili siyasətdə biz təzyiq və təhdidin də nə olduğunu gözəl bilirik. Böyük dövlətlər müharibələrdə kiçik uğurlar əldə etsələr də heç bir tərəf tam qələbə əldə edə bilmir. Kiçik olmasına baxmayaraq Azərbaycan isə müharibədə nəinki Zəfər əldə etdi, eyni zamanda hər tərəfdən təhdid saçan çürük ideoloji sütunları hələ də əzmlə əzir".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR