
Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS regionun təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"Maqomed-Sultan Maqomedov saxlanılıb", - mənbə bildirib.
Qeyd olunub ki, Maqomedov 2021-ci ildə Dağıstan Respublikasının dövlət katibi təyin edilib. O, həmçinin altıncı çağırış Dövlət Dumasının deputatı, Mahaçqalanın "Anji" futbol klubunun yaradıcısı və keçmiş prezidenti olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.