25-06-2025, 16:48 392

Qalibi olmayan münaqişələr və tam qələbənin Azərbaycan nümunəsi - ŞƏRH

İyunun 13-də başlayan İsrail-İran hərbi qarşıdurması iyunun 24-də səhər saat 8-də iki dövlətin atəşkəs razılaşması ilə dayanıb. Atəşkəsin əldə olunmasında rolu olduğu bildirilən ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində etdiyi paylaşımda Tehranın bölgədə sülh və harmoniyaya doğru irəliləmək istədiyini, İsrailin də eyni məqsədi olduğunu bildirib.

12 gün sürən hərbi əməliyyatlar hər iki tərəfdən hərbçilərlə yanaşı, mülki şəxslər arasında da çoxsaylı ölümlərə səbəb oldu, şəhərlər və infrastruktur obyektləri dağıdıldı. İsrail və ABŞ İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-a layiqli cavab verdiyini bildirir. Hər iki tərəf münaqişədə ciddi uğur əldə etdiyini iddia etsə də, qarşıdurmanın nəticələri göstərir ki, burada qalibdən danışmağına dəyməz.

Azərbaycanın qonşuluğunda baş verən bu münaqişə ilk gündən ölkəmizdə xüsusi narahatlıqla izlənildi. Səbəblərdən biri bölgədə yeni müharibənin olmasını istəməməyimiz idisə, digəri Azərbaycanın hər iki dövlətlə dost münasibətlərdə olmasıdır.

Azərbaycanın münaqişə ilə bağlı ilk gündən mövqeyi aydın idi - müharibə genişlənərsə, qlobal və regional fəsadları ağır ola bilər. Rəsmi Bakı dəfələrlə bu mövqeyini diqqətə çatdırdı. Müvafiq mövqe Xarici İşlər Nazirliyinin bəyanatlarında da əksini tapdı. Tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıldı. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulandı.

Bəyanatda həmçinin qeyd olundu ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir. Daha sonra xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə də telefon danışığı zamanı bu ölkənin nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğuladı. Bu mövqe İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında da bir daha təsdiqləndi. Bəyan edildi ki, Azərbaycan Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən, o cümlədən qonşu İrana qarşı hərbi əməliyyatlardan narahatdır.

Qeyd etdiyimiz kimi, iki həftəyə yaxın sürən İran-İsrail müharibəsi qalibi müəyyən etmədi. Lakin bu gedişat bəzi regional reallıqları, faktları bir daha qabartmış oldu.

Bu reallıqlardan biri də İkinci dünya müharibəsindən sonra Azərbaycandan başqa heç bir dövlətin müharibələrdən tam qalib çıxmaması ilə bağlıdır. Söhbət torpaqlarımızın 30 illik erməni işğalından azad etməsindən, dövlət suverenliyimizin bərpasından və Ermənistanın kapitulyasiyasından gedir. İki onillikdən çox aparılan nəticəsiz danışıqlar zamanı Azərbaycana misilsiz beynəlxalq təzyiqlərin edildiyini, əksinə Ermənistana aşkar və gizli hərbi-siyasi dəstək verildiyini xatırlasaq, ölkəmizin əldə etdiyi qələbənin əhəmiyyətini bir daha görmüş olarıq.

Prezident İlham Əliyev martın 18-də Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı da bunu xüsusi vurğulayıb. Bildirib ki, indi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir: "Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb".

Prezidentin bu fikirləri həm İran-İsrail münaqişəsinə, həm də günümüzdə baş verən başqa qarşıdurmalara şamil edilə bilər. Azərbaycanın mövcud olduğu coğrafiyada Rusiya-Gürcüstan müharibəsi də faktiki olaraq qalibsiz başa çatıb. Rusiya-Ukrayna savaşı isə davam etsə də, sülhün baş tutması üçün hər iki tərəfin ciddi güzəştlərə getməli olduğu göz önündədir. Ukraynada minlərlə insan ev-eşiyindən didərgin düşüb, əraziləri işğal olunub, ən əsası, hər iki tərəfdən yüz minlərlə insan öldürülüb. Qanlı proseslər isə hələ də davam edir və üfüqdə real nəticə görünmür.

Azərbaycanın ərazi bütövlünün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioriteti olub. İlham Əliyev hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Və 107 illiyini sabah qeyd edəcəyimiz Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə bir şücayət göstərdi ki, dünyanın ən böyük dövlətləri, ən güclü orduları belə bu təcrübəni öyrəndiklərini, təhlil etdiklərini gizlətmirlər.

Paylaş

Xəbər lenti

Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR