
İyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində "VAZ-2107" markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə yerində vəfat edib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev Göyçayda dönərçi işləyirmiş.
O, bir müddət əvvəl qızının adına dönərxana açıbmış. Hadisə də Kamil dönər sifarişini ünvana apararkən baş verib.
Faktla bağlı Göyçay RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Dünyasını dəyişən gəncin fotosunu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.