
Çexiyanın keçmiş baş naziri, milyarder Andrey Babiş prezidentliyə namizəd olmaq niyyətində olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə siyasətçi yazıb.
“Mən Çexiya Prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - o qeyd edib.
Qeyd edək ki, ölkənin hazırkı rəhbəri Miloş Zemanın mandatı 2023-cü il martın 8-də, ikinci beşillik səlahiyyət müddəti sona çatdıqda başa çatır. Çexiya qanunvericiliyinə görə, Zeman artıq prezident seçkilərində iştirak üçün müraciət edə bilməz.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.