
"Mirtorq" MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulunda bakteriya aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AVESTA.AZ-ə verilən məlumata görə, agentliyin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsullarda patogen bakteriya aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.