
Müğənni Niyam Salami etirafları ilə diqqət çəkib.
AVESTA.AZ xəbər verir ki, "Etiraf" verilişinə qonaq olan ifaçı 14 il kirayə qaldığını bildirib.
Səlami həmin vaxtlar yaşadığı ağır günlərdən danışıb:
"14 il kirayə yaşadığım dövrdə 3 bacımı gəlin köçürdüm. Papanində (Cəlil Məmmədquluzadə küçəsi) kirayə yaşayırdım. Orada hər adam qala bilməz. Sənin həddin var, qırmızı pencək geyin çölə çıx... Amma sanki insanların beynində mənə qarşı olan o hisslər bağlanmışdı. Pulum da ancaq taksiyə gedirdi. Ortada mənə bir şey qalmırdı. Taksi ilə getməyə məcbur idim. Çünki paltarlarımı avtobusla aparmaq istəmirdim. Dizaynerliklə də məşğul idim. Aşpazlıq da etmişəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.