
Avstriyanın Zaltsburq əyalətinin Pinzqau bölgəsində kiçik təyyarə meşəlik əraziyə düşüb.
AVESTA.AZ xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 4 nəfərin hamısı ölüb.
Məlumata görə, təyyarə Almaniyanın Münhen şəhərinə yaxın bir bölgədən havaya qalxıb. Hadisə yerində axtarış və araşdırmalar aparılır. Yerli polis əraziyə girişin məhdudlaşdırıldığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.