8-07-2025, 14:48 727

Dünyanın ən təhlükəli və tanınmış kriminal QRUPLARI

Dünya miqyasında ən təhlükəli və tanınmış cinayətkar qruplar həm yerli, həm də beynəlxalq səviyyədə geniş qeyri-qanuni fəaliyyətlərlə məşğuldur.

BAKU.WS xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, bu kriminal təşkilatlar narkotik ticarəti, silah qaçaqmalçılığı, insan alveri, pul yuma və zorakılıq kimi cinayətlərdə əsas rol oynayırlar.

Meksikanın Sinaloa Karteli qruplaşması dünyanın ən güclü narkotik ticarəti təşkilatlarından biri hesab olunur. Bu qrup narkotik qaçaqmalçılığı, silah ticarəti və korrupsiya kimi fəaliyyətlərlə məşhurdur. ABŞ və digər ölkələrdə geniş izləri var.

İtaliyanın Kosa Nostra (Siciliya mafiyası) qrupu İtaliya və digər ölkələrdə fəaliyyət göstərir. Bu mafiya qrupu uzun illərdir cinayət aləmində öz mövqeyini qoruyub saxlayır. Onlar pul yuma və digər qeyri-qanuni işlərlə məşğuldurlar.

Yaponiyanın ən böyük kriminal təşkilatı olan Yakuza qeyri-qanuni bizneslərdən əlavə, ictimai işlərdə də müəyyən dərəcədə iştirak edir. Onlar həm də beynəlxalq səviyyədə tanınır.

Kolumbiyanın Medellín Karteli – 1980-1990-cı illərdə dünyanın ən təhlükəli narkotik kartelindən biri olub. İndiyə qədər nüfuzunu tam itirməsə də, fəaliyyətləri zəifləyib.

Rusiyanın mafiya şəbəkələri – Rusiyada və keçmiş Sovet ölkələrində geniş yayılan bu kriminal qruplar korrupsiya, insan alveri və silah ticarəti kimi sahələrdə fəaliyyət göstərir.

Hondurasın MS-13 (Mara Salvatrucha) – Mərkəzi Amerikada yaranmış və qlobal yayılan bu qrup, insan öldürmə, narkotik ticarəti və soyğunçuluq kimi ciddi cinayətlərdə ittiham olunur. ABŞ daxil olmaqla, bir neçə ölkədə fəaliyyət göstərir.

Çinin Triadaları – Asiyanın ən qədim və güclü cinayət təşkilatlarından biridir. Qumar, insan alveri, narkotik və silah ticarəti kimi sahələrdə fəaliyyət göstərir və beynəlxalq səviyyədə böyük təsirə malikdir.

Alban mafiyası – Avropada və Şimali Amerikada yayılmış bu qrup insan qaçaqmalçılığı, narkotik ticarəti və silahlı qruplaşmalarla əlaqələndirilir. Xüsusilə Balkan ölkələrində güclü mövqeyi var.

Braziliyanın Comando Vermelho (Qırmızı Komanda) – Rio de Janeyro və digər şəhərlərdə güclü narkotik karteli kimi tanınır. Çoxsaylı zorakılıq və cinayət hadisələri ilə bağlıdır.

İsrail mafiyası: Dünyanın bir çox yerinə yayılmış mafiyadır. Onların digər mafiyalardan fərqi odur ki, ölkələrin hökumətləri ilə təmasda olurlar. Xüsusilə rus yəhudilərinin təşkilatları çox təhlükəli və güclüdür.

Çeçen mafiyası: Onlar vəhşilikləri ilə məşhurdurlar. Əvvəlcə onlar istefada olan xüsusi təyinatlılar, polis və ordu zabitləri ilə işləyirdilər. Daha sonra Çeçen mafiyasına rus-slavyan mafiya dəstələri, Polis və DTK böyük zərbələr endirdi. Bir çox dəstə üzvləri Çeçenistana gedib. Çeçen mafiyasının "Əl-Qaidə" və "Taliban"la əlaqəsi olması ilə bağlı iddialar son vaxtlar ortaya çıxıb, tanınmış çeçen liderləri, radikal dini təşkilatlar və mafiya başçıları ilə əlaqələri var.

Serb mafiyası: Almaniya, İngiltərə, Fransa və Amerikada fəaliyyət göstərirlər. Narkotiklərlə yanaşı, qaçaqmalçılıq, adam oğurluğu və qumar oyunları ilə də məşğul olublar. Onlar Vozdovac, Surcin və Zemun adlı üç böyük ailədən ibarətdir. Onlar Avropada alban mafiyası ilə rəqabət aparırlar.

Rəsmi mənbələr bildirir ki, bu qruplar dünya üzrə müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirir və beynəlxalq hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədirlər. Onların təsir dairəsini azaltmaq üçün ölkələrarası əməkdaşlıq davam etdirilir.

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR