
Xalq artisti Mübariz Tağıyev mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə yarımçıq qalan planlarından danışıb.
AVESTA.AZ xəbər verir ki, sənətçi bu barədə "Afaqla Onlar" verilişinə açıqlamasında bildirib.
Tağıyev qeyd edib ki, onlar "Yeni ulduz"u tam fərqli formada təqdim etməyi planlaşdırırmışlar:
"Oqtayla bir ssenarimiz var idi. Başqa bir şey fikirləşmişdik. "Yeni ulduz" istəyirdik. Tam fərqli səhnə olacaqdı. Yerində fırlanan səhnə idi. Ruhəngiz Qasımova da yoxdur. Allah ikisinə də rəhmət etsin".
Xatırladaq ki, Oqtay Əliyev iki il əvvəl mart ayında dünyasını dəyişib. O ağır avtomobil qəzası zamanı həyatını itirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.