9-07-2025, 18:48 386

Ekspert:

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ dolları arasında ticarət oluna bilər.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası"nın İdarə Heyətinin sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, ötən ay baş vermiş İran-İsrail müharibəsi Yaxın Şərqdə geosiyasi gərginliyin kəskin artmasına və nəticə etibarilə qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub: "Münaqişənin genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı fonunda investor davranışında dəyişiklik müşahidə edilib. Qeyri-müəyyənlik şəraitində investorlar dəyərini qoruyan sabit aktivlərə – xüsusilə qiymətli metallara, o cümlədən qızıla – üstünlük verməyə başlayıb".

Ekspert qeyd edib ki, həmin dövrdə qızılın spot qiyməti bir unsiya üçün 3 430 ABŞ dollarına qədər yüksəlib, bu isə bir həftə ərzində təxminən 4 % artım demək idi: "Qiymət artımına yalnız hərbi münaqişə deyil, həm də qlobal inflyasiya riski, aparıcı dövlətlər arasında ticarət gərginliyi, bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsi təsir göstərmişdi. İyunun sonunda Yaxın Şərqdə əldə edilmiş atəşkəs razılaşması fonunda bölgədəki gərginlik nisbətən azalmış və nəticədə qızılın qiyməti 3 320 ABŞ dollarına qədər geriləmişdi. Bu, ay ərzində qeydə alınmış ən aşağı göstəricilərdən biri olub".

Bununla belə, R.Əmircanovun sözlərinə görə, ABŞ-də büdcə kəsirinin artması, dolların zəifləməsi fonunda qızılın qiyməti yenidən artım trayektoriyasına qayıdıb: "ABŞ Prezidenti Donald Trampın vergi və xərclərlə bağlı qanun layihəsini təsdiq etməsi narahatlıqları artıraraq qiymətli metallara olan tələbi gücləndirib. Bundan əlavə, yaxın günlərdə qüvvəyə minəcək yeni tariflər və ticarət siyasətindəki qeyri-müəyyənlik də qızılın mövqeyini möhkəmləndirir. Son bir həftə ərzində qızıl 3 %-dən çox bahalaşaraq, əvvəlki həftə İsrail-İran atəşkəsi fonunda baş vermiş qiymət itkilərini qismən kompensasiya edib".

Komitə sədri deyib ki, dünya bazarında qiymətli metallara, xüsusilə qızıl-gümüşə maraq son aylarda daha da artır: "Bu artımın əsas səbəbləri qlobal geosiyasi gərginliklər, iqtisadi tənəzzül riski, ölkələr arasında ticarət mübahisələri və bir sıra dövlətlərin mərkəzi banklarıməm qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsidir. Digər qiymətli metallarla müqayisədə qızıl ənənəvi olaraq qeyri-müəyyənlik dövrlərində daha etibarlı investisiya aləti kimi çıxış edir və bu da onun qiymətinin artmasına səbəb olur".

Onun sözlərinə görə, Azərbaycan bazarında qızıl və gümüş qiymətləri əsasən dünya birjalarındakı tendensiyaları izləyir: "Qlobal qiymət artımı yerli bazarda, xüsusilə idxal olunan zinət əşyalarında və xammalda da qiymətlərin yüksəlməsi ilə nəticələnir. Eyni zamanda, yerli istehsal olunan məhsulların maya dəyəri də dünya bazarında baş verən dəyişikliklərdən təsirlənir. Nəticə etibarilə, beynəlxalq bazardakı hər bir hərəkətlilik Azərbaycanda da qiymət səviyyəsinə birbaşa təsir göstərir".

Ekspert deyib ki, son dövrlərdə gümüş, platin və palladium bazarlarında nəzərəçarpacaq qiymət artımları müşahidə olunur ki, bu da hər üç metalın həm sənaye, həm də investisiya məqsədli istifadə sahələrinin genişlənməsi ilə bağlıdır: "Gümüş bazarında artım əsasən bu metalın həm sərmayə aləti, həm də sənaye üçün strateji əhəmiyyət daşıması ilə əlaqəlidir. Xüsusilə günəş panelləri, batareyalar və digər yüksək texnologiyalı məhsulların istehsalında gümüşə olan tələbat sürətlə artır. Bununla yanaşı, gümüş qızıla nisbətən daha əlçatan və qiymət dəyişikliklərinə daha həssas bir alternativ olaraq investorlar üçün getdikcə daha çox cəlbedici hesab olunur. Hazırda gümüşün 1 unsiyasının qiyməti 37 ABŞ dollarıdırr".

Onun sözlərinə görə, platin bazarında da qiymətlərdə əhəmiyyətli yüksəliş qeydə alınıb: "Son bir ay ərzində platin 20 %-ə qədər bahalaşaraq 1 360–1 410 ABŞ dolları/unsiya diapazonunda ticarət olunur. Platin əsasən avtomobil sənayesində – daxili yanma mühərrikləri və hibrid nəqliyyat vasitələrində istifadə edilən katalitik neytrallaşdırıcılarda – geniş tətbiq olunur. Bununla yanaşı, zinət əşyaları və investisiya tələbatı da bu metalın bazar mövqeyini gücləndirir. Artıq üç ildir ki, platin bazarında tələbat təklifi üstələyir ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olmuş və bu artımın yaxın dövrdə də davam edəcəyi proqnozlaşdırılır. Palladium bazarında qiymət artımı daha mülayim olsa da, sabit dinamika qorunur. Hazırda palladiumun bir unsiyasının qiyməti 1 330–1 160 ABŞ dolları intervalında dəyişir. O isə əsasən avtomobil sənayesində emissiyaların azaldılması üçün istifadə olunan sistemlərdə tətbiq olunur. Bu sektorda sabit tələbat qiymətin dəstəklənməsinə səbəb olur".

R.Əmircanov sonda vurğulayıb ki, mövcud qlobal iqtisadi və siyasi şərait qiymətli metallarda, xüsusilə qızıl üzrə qiymət artımının davam edəcəyini göstərir: "2025-ci ilin II yarısı üçün mövcud proqnozlara əsasən, qızılın 1 unsiyasının 3 400–3 600 ABŞ dolları intervalında ticarət olunacağı gözlənilir. Gümüş və platin bazarlarında da tələbatın təklifi üstələməsi fonunda qiymət artımı ehtimal olunur".

Paylaş

Xəbər lenti

Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Dünən, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Dünən, 19:48 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb Dünən, 19:48 8 Noyabr prospektində güclü yanğın başlayıb Dünən, 19:48 Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar Dünən, 19:48 Ötən gün axtarışda olan 84 nəfər tutulub Dünən, 18:48 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq? Dünən, 18:48 Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 18:48 "Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı Dünən, 18:48 Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? Dünən, 18:48 Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu Dünən, 18:48 "LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib Dünən, 17:48 Məktəblilər belə geyinməlidirlər Dünən, 17:48 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Dünən, 17:48 Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil" Dünən, 17:48 "Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir Dünən, 17:48 Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..." Dünən, 17:48 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib Dünən, 16:48 Rəsmi portalda pensiya kapitalında azalmalar olub? Dünən, 16:48 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar Dünən, 16:48 Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA Dünən, 16:48 Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq Dünən, 16:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib Dünən, 16:48 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər Dünən, 16:48 Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY Dünən, 16:48 Əməkdar artistin 38 yaşlı oğlu ilə rəqs etdiyi anlar Dünən, 15:48 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR