11-07-2025, 19:48 578

Nüvə müharibəsi təhlükəsi: Böyük Britaniya və Fransa niyə hərəkətə keçdilər?

Son günlər beynəlxalq arenada baş verən hadisələr dünya ictimaiyyətini ciddi narahatlığına səbəb olub.

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı sərt tənqidlərindən sonra Moskvanın reaksiyası daha aqressiv olub.

Bunun fonunda Böyük Britaniya və Fransa nüvə silahından istifadə ilə bağlı birgə strateji bəyannamə imzalayıblar.

Bu addım Qərbin nüvə siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Artan hərbi ritorika, bir-birinə yönəlmiş ittihamlar və nüvə arsenalı ilə bağlı açıq bəyanatlar qlobal sabitliyə ciddi təhlükə yaradır. Bəs bu gərginlik həqiqətən də nüvə müharibəsinə çevrilə bilərmi? Dünyanı gözləyən real ssenarilər nədir və diplomatik çıxış yolları hələ qalırmı?

Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Natiq Miri bildirib ki, Nüvə silahı çəkindirici məqamdır, bu baxımdan Fransa və Böyük Britaniya ittifaqı Rusiya üçün çəkindirici xarakter daşıyır:

"Çünki nüvə müharibəsinin qalibi yoxdur. Ona görə də Rusiyanın zaman-zaman nüvə silahı ilə dünyanı hədələməsinin bir qarşılığı olaraq Böyük Britaniya və Fransa birgə ittifaq yaratmaqla Rusiya qarşısında pariteti təmin etdilər. Bu da bundan sonra Rusiya üçün çox ciddi çəkindirici məqam olacaq. Çünki Rusiyanın nüvə silahı varsa, eyni silah Avropada - Böyük Britaniyada və Fransada da mövcuddur və taktiki nüvə silahı ilə vurmaq hədəsi, eyni silahın artıq zərbəsini gözləmək deməkdir. Yəni bundan sonra Rusiyanın bu cür hədələri demək olar ki, təsirsizləşdi. Buna görə də hər hansı bir nüvə müharibəsi potensialı bütün fikirlərə rəğmən sadəcə sərt ritorikadan və hədələrdən başqa bir şey olmayacaq. Çünki nüvə silahı ilə hədələyən eyni nüvənin zərbəsini və onun nəticələrini öz üzərində hiss etməlidir. Bu isə böyük bir məsuliyyətdir. Ona görə də düşünmürəm ki, belə bir nüvə müharibəsi təhlükəsi mövcuddur. Rusiyaya qarşı atılacaq addım bəlli idi və bunu Londonla Paris birgə etdilər".

"O ki qaldı Trampın Rusiyadan narazılığına, Ağ Ev rəhbəri bəzi gerçəkləri anlamış oldu və onu da başa düşdü ki, Moskva güc və təzyiq görməsə, heç bir anlayışlı davranış ortaya qoymayacaq. Ona görə də Donald Tramp yeni təzyiq siyasətinə keçib. Bir tərəfdə Rusiyaya qarşı Ukraynaya özünü müdafiə üçün strateji silahlar tədarük olunur, digər tərəfdə Rusiyaya qarşı ağır sanksiyaların tətbiqi edilməsi gündəmdədir. Düşünürəm ki, iyul ayının ortalarına qədər bu istiqamətdə konkret qərarlar veriləcək. Təbii ki, bir də Ukraynaya yönəlik müəyyən təzyiq mexanizmləri də var. Bu da Trampın yeni bir siyasətidir. Bu baxımdan, bu siyasət və Londonla Parisin nüvə silahı ilə bağlı yaratdıqları ittifaq nüvə müharibəsinin başlamasından çox uzaqdır. Əksinə, bu bir paritet, balans yaratdı ki, həm Avropa, həm ABŞ, həm də Rusiya üçün çəkindirici məqam olsun", - deyə politoloq vurğulayıb.

O, əlavə edib ki, bu, sadəcə Rusiya ilə bağlı məsələ deyil:

"Çünki hər nə qədər də Moskva ilə strateji tərəfdaş olsa da, Rusiyanın nüvə silahından istifadə etməsinə Çin belə razı olmaz. Çünki bu təhlükə sadəcə Rusiyanı, Avropanı əhatə etmir, bu, qlobal bir təhlükədir və böyük bir məsuliyyət tələb edir".

Paylaş

Xəbər lenti

Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR