2-11-2022, 13:57 537

Kibrit qutusu üzərində rəqs - REPORTAJ

Bu gün tamaşaçı problemi yaşamayan və kübar sənət növü hesab edilən yeganə canlı sənət növü opera və baletdir. Hansı ki, Azərbaycan teatrının yaranma tarixinə də nəzərə yetirdikdə teatrın bu zamana qədər tamaşaçı problemi yaşamadığını və səhnədə biri-birindən maraqlı musiqili, opera tamaşalarının nümayişinin şahidi olmuşuq.

"Report"un əməkdaşları Azərbaycan mədəniyyət tarixinə adını qızıl hərflərlə yazdıran Dövlət Akademik Opera və Balet Teatrına baş çəkib - bütün dünyada zərafət və nəcibliyin simvolu sayılan balet mövzusunda yazı hazırmalaq üçün.

Teatrın xüsusi bir akustikası, zadəganlara xas cazibəsi var. Sanki bu qapıdan içəri girdikdə o sehrli dünya səni zadəganların dövrünə səyahətə aparır. Teatrın bir ruhu var. Kim ki, bu gün teatrın öldüyünü, insanların maraq dairəsindən kənarda qaldığını deyirsə, bu məkana baş çəkməli, həmin düşüncələrin tamamilə səhv olduğunu gözlərilə görməlidir.

Opera və Balet Teatrında neçə-neçə mərhum sənətkarlarımızın ruhu dolaşır. Hansı ki, bu gün gənc xanəndələrimiz, balet artsitlərimiz onların ənənələrini davam etdirirlər.

Biz teatra qonaq olduğumuz zaman orada “Babək” tamaşasının məşqləri gedirdi. Aqşin Əlizadənin “Babək” baleti yeni quruluşda nümayiş olunurdu. Bu nümayiş xalq qəhrəmanının yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi ilə yanaşı, 44 günlük müharibədəki şanlı Zəfəri də ehtiva edir.

Tarix və incəsənət birlikdə səhnədə sehirli bir pəncərə açmışdı. Tamaşa zamanı hadisələr aktyorlarımızın ifası ilə tamaşaçılara təqdim edilirdi.

Tamaşanın quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Balet tamaşasını dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Haşımov idarə edir. Əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Babək), Cəmilə Kərimova (Alnisə), Makar Ferştandt (Əmir) və truppanın aparıcı solistləri Ayan Eyvazova (Pərişad) və Seymur Qədiyev (Cavidan) ifa edirdilər.

Onların ifasını izlədikcə şahidi oluruq ki, baletlə tamaşaçıya hansısa mövzunu çatdırmaq çox çətindir. Çünki balet dünyanın ən zərif, eyni zamanda ən çətin rəqslərindən biridir.

Tamaşadan öncə teatrın aktyorları ilə söhbət etmək imkanı əldə etdim. Onlarla söhbət zamanı bu sənətin çətinliklərindən və sənət yolunda çəkilən əziyyətdən danışdılar.

Ən çox öyrənilən rəqslər arasında yer alan balet özünəməxsus texnikaları və ənənəvi üsulları ilə ifa edilən sənət növüdür. Balet həm də teatr elementlərini ehtiva etdiyi üçün onda aktyorluq istedadına da ehtiyac duyulur. Rəqs məktəblərində və kurslarında verilən balet dərsləri, həmçinin peşəkar məşqçilərin müşaiyəti ilə bu rəqsi zövqlə ifa etmək mümkündür.

Balet ədalətli bir razılaşmadır əslində. Dayanmadan əmək verib, öz üzərində çalışmanız qarşılığında zamanla qüsursuz bir bədənin edə biləcəklərinin nəticəsi kimi rəqs tanrısına çevrilirsiniz.

Baletdə müdafiəçi qədər güclü, marafonçu kimi sərt və çempion avarçəkən kimi cəsur olmaq mümkündür. Amma balet artistlərində başqa heç kimin qazana bilməyəcəyi bir şey var ki, o da elastiklikdir. Çevik əzələlər və vətərlər Tanrının onlara olan bir hədiyyəsidir. Amma bu elastiklik heç vaxt kifayət etmir və bədənlərinin dik durmaq arzusu ilə mübarizə aparır, özləri ilə hər zaman döyüşə girirlər.

Bir gün işləməsəniz, geri qalacaqsanız, çox çalışsanız, bədəniniz sizə müqavimət göstərəcək və qətran kimi sərtləşəcəksiniz.

Sizi bu nöqtəyə qədər gətirmiş mexanizmə zərər vermədən nəticə ala biləcəyiniz qüsursuz işgəncəni tapdığınız an aradakı bu incə balansı öyrənirsiniz.

Baletdə qəribə bir paradoks var, o da bu elastikliyin bu cür sərt sənət dünyasında çiçək açmasının gözlənilməsidir. Qəddar qaydalar, sonsuz təcrid və zehninizin qurcalanması elastikliyə olan təbii meyilinizi bir möcüzənin çətin ifadəsinə çevirir. Özünüzü işlənə bilən gil halına çevirmək olduqca qəliz bir işdir. Bir söz var, ağrısız gözəllik olmaz; baletdə də belədir. Ağrı yoxdursa, qazanc da yoxdur.

Balet həm də darvinistdir... Hər dərs, hər məşq, hər səhnə sənətdə qala bilmək üçün təkamül imtahanıdır. Qaydalar bəllidir. Zəif olanlar bacara bilməz.

Balet artistləri bildirirlər ki, bu səhnədə çıxış etmək heç də asan məsələ deyil. Belə ki, balet ayaqqabılarının burnu kibrit qutusu böyüklüyündədir. Bu qədər kiçik sahənin üstündə müvazinətini itirmədən dayana bilmək imkansız kimi görünür. Lakin bunu etmək bütün balet ansambllarında balet artistindən tələb olunan bir şeydir. İmkansız olanı zəhmətsizmiş kimi göstərmək uğrunda onurğanı və ombanı düzgün istifadə etməyi öyrənmək üçün illər lazımdır. Lakin sonda balet ayaqqabılarınızın kibrit qədər ucuna qalxdığınızda düzgün tutmağa çalışdığınız təkcə bədən yox, həmin aktyorun bütün varlığıdır.

Nəticə etibarilə hər solo bir cəsarət nümunəsidir. Bu cəsarət xoreoqrafiyada deyil, səhnədə deyil, izləyicinin insafında da deyil, öz içinizdədir. Bədəninizin harda əyilib, harda büküldüyünü zehniniz unutsa da, əzələlərinizin xatırlayacağına inanmaq şərtdir. Bir sözlə, səhnə işıqları altına addımınızı atdığınız an yerdə möhkəm dayanacağınıza inamınız sonsuz olmalıdır.

Foto: Firidun Səlimov

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR