13-07-2025, 22:48 454

Avropa çempionatında 13 medal - Gənc güləşçilərimizdən möhtəşəm nəticələr

Azərbaycan güləşi növbəti ciddi sınaqdan da uğurla - üzüağ, alnıaçıq çıxdı. Belə ki, iyunun 30-dan iyulun 6-dək İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatı milli komanda üzvlərinin parlaq çıxışı ilə yadda qaldı.

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Yunan-Roma güləşçilərinin uğuru

Ənənəvi olaraq qitə birinciliyində açılışı yunan-Roma güləşçiləri ediblər. Ölkəmiz yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında geniş heyətlə təmsil olunurdu. Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) etimadı doğrultmalı idilər. Xalça üzərinə çıxan on pəhləvandan altısı yekunda fəxri kürsüdə yer almağı bacardı ki, bunu da yetərincə yüksək göstərici saymaq mümkündür. Düzdür, milli üzvlərindən yalnız Ayxan Cavadov (60 kq) qızıl medal qazanmaqla himnimizi səsləndirməyə müvəffəq oldu. Bununla belə, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədovun (77 kq), finalda məğlub olsalar da, həlledici görüşə yüksəlmələri artıq ciddi nəticə idi. Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) də bürünc medal uğrunda görüşdən üzüağ çıxmaqla yığmanın yekun sıralamada yüksək yer tutmasında pay sahibi oldular. Millimiz bir qızıl, üç gümüş və iki bürünc medal sayəsində 129 xal qazanaraq Avropa ikincisi oldu.

Əlbəttə, yunan-Roma güləşi yığmamız Avropa çempionatını zirvədə də bitirə bilərdi. Komandanın potensialı və yüksək səviyyədə hazırlığı buna əsas verirdi. Amma təəssüf ki, obyektiv və subyektiv səbəblər üzündən komanda ikinciliklə kifayətləndi. Millinin böyük məşqçisi Nurəddin Rəcəbovun açıqlamasından da bunu sezmək mümkündür:

"Yarışda Avropanın ən güclü güləşçiləri iştirak edirdilər. Gürcüstan komandasından cüzi xalla geri qaldıq. Ölkədaxili və xarici təlim-məşq toplanışlarımızı təşkil edən federasiyamıza təşəkkür edirəm. Qazandığımız medallar da bunun nəticəsidir. Bu uğurlarda payı olan hər kəsə minnətdaram. Güləşçilərimizin 30 faizi zədəli idi. Düzdür, daha çox qızıl medal qazana bilərdik. Düşünürəm ki, yüksək nəticə göstərdik. Əsas məqsədimiz güləşçiləri düzgün formada hazırlamaqdır. İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq".

Qadın pəhləvanlarımızdan iki qızıl medal

Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində beş qadın pəhləvan - Elvina Kərimzadə (50 kq), Gülər Həbibova (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) təmsil edirdi. Yekunda onlardan ikisinin fəxri kürsünün ən yüksək pilləsində yer alması kifayət qədər yüksək göstəricidir. Öncə Günay Qurbanova (59 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələndi. Ardınca gərgin keçən final görüşündə almaniyalı rəqibini məğlub edən Ruzanna Məmmədova (62 kq) azərbaycanlı güləşsevərləri sevindirdi. Özü də o, ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu oldu. Beləliklə, xanım pəhləvanlarımız qitə birinciliyini iki qızıl medalla başa vurdular ki, bu da gələcək adına ümidverici məqamdır.

Baş məşqçi Toğrul Əsgərov da nəticələri dəyərləndirərkən komandanın gələcəyinin parlaq olduğunu vurğulayıb: "Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Qarşıda bizi növbəti ciddi yarışlar gözləyir. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq".

Sərbəst güləşçilər son nöqtəni qoydular

Yarışın son günlərində sərbəst güləşçilər son nöqtəni qoydular. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Kaorledə Vasif Bağırov (57 kq), Bəşir Verdiyev (61 kq), Hacı Kərimov (65 kq), İsmayıl Rəhimli (70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqdı. Sonluq yetərincə yaxşı alındı. Sərbəst güləş millimizin qitə birinciliyində qazancı beş medal oldu. Vasif Bağırov (57 kq) bütün rəqiblərini üstələyərək qızıl medala yiyələndisə, Muradxan Omarovla (79 kq) Yusif Dursunov (125 kq) yalnız finalda uduzaraq gümüş medal qazandılar. Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medalla kifayətləndilər. Finiş xəttini bir qızıl, iki gümüş və iki bürünc medalla adlayan yığmamız 133 xalla Avropa ikincisi oldu.

Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Arif Abdullayev də nəticələri yüksək dəyərləndirib. O, səhvlərin olduğunu da etiraf edib: "Güləşçilərimiz Avropa çempionatında ikinci oldular. Amma nəticə daha yaxşı ola bilərdi. Səhvlərin üzərində işləyəcəyik. Qarşıda bizi dünya çempionatı gözləyir. Düşünürəm ki, idmançılarımız bu yarışa qədər səhvlərini düzəldəcəklər".

I dərəcəli beynəlxalq hakim Tural Əliyevin ədaləti qoruduğu Avropa çempionatı Azərbaycan güləşinin sabahının etibarlı əllərdə olduğunu göstərdi. Güləş Federasiyasının sistemli fəaliyyəti yeni-yeni ulduzların üzə çıxmasına təkan verir.

Paylaş

Xəbər lenti

Gəncədə müğənni qəzaya düşdü Bu gün, 00:48 İçərişəhərin iqtisadi potensialı və bərpası - Rəqəmsallaşma və "ağıllı qoruq" modeli Bu gün, 00:48 Hövsanda abadlıq işləri niyə yarımçıq saxlanılıb? Dünən, 23:48 Rüfət kanalları tənqid etdi: "Meyxanaçı kimdən səviyyəsizdir?" Dünən, 23:48 Ordubadın 11 kəndinə qazın verilişi dayandırılıb Dünən, 23:48 "Al Arabiyya": İrana 300 milyard dollar investisiyanın ayrılması nəzərdə tutulub Dünən, 23:48 Sabah Bakıda bu ərazilərdə qaz kəsiləcək Dünən, 22:48 Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı Dünən, 22:48 Dövlətdən subsidiya almaq istəyənlərə ŞAD XƏBƏR Dünən, 22:48 Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq? Dünən, 22:48 Məcnun Məmmədov: "Azad olunmuş ərazilərdə fermerlərə torpaq verilməsi sürətlənir" Dünən, 22:48 "Əvvəl uşaqları göndərirdilər, indi isə..." - Yay düşərgələri niyə bağlanıb? Dünən, 21:48 Qonşusunun evini oğrudan qorumaq istəyən şəxsin qətli 11 il sonra açıldı Dünən, 21:48 Gecə evdən çıxmağa qorxurlar: Qaraçuxurda əhali vahimə içindədir Dünən, 21:48 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı Dünən, 21:48 Məşhur aktyorların serialı gözlənilmədən dayandırıldı Dünən, 21:48 Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib Dünən, 21:48 Küçələrə icazəsiz tramplin quraşdıranları hansı cərimələr gözləyir? Dünən, 20:48 Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var Dünən, 20:48 "Zirə"nin Konfrans Liqasındakı rəqibi Gürcüstan klubu oldu Dünən, 20:48 "Qarabağ" daha bir legioner TRANSFER ETDİ Dünən, 20:48 Bakıda 2,8 milyard dollarlıq mühüm qərar qəbul edildi Dünən, 20:48 Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Hərbi xidmətdə xəsarət alan iki uşaq atası: "Valideynləri həyat yoldaşımı apardılar" Dünən, 19:48 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Dünən, 19:48 Azərbaycan hərbçiləri "Qafqaz Qartalı - 2026" təlimində iştirak edirlər Dünən, 19:48 Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Dünən, 19:48 Azərbaycan Əlcəzair ilə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib Dünən, 19:48 SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb Dünən, 19:48 "Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsində İslandiya klubu ilə üz-üzə gələcək Dünən, 19:48 Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİ Dünən, 19:48 Seda Sayan: "Gülben çox xəsisdir, mənə nə almısan axı?!" Dünən, 18:48 Məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin DETALLARI Dünən, 18:48 Azərbaycanın QHT rəhbərləri ABŞ Nümayəndələr Palatasına məktub göndəriblər Dünən, 18:48 "Sabah"ın UEFA ÇL-nin I təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi Dünən, 18:48 Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb Dünən, 18:48 Bakıda bu marşrut üzrə bütün avtobuslar sabahdan yenilənəcək Dünən, 18:48 Azərbaycan əhalisi ən çox bu məhsullara pul xərcləyir Dünən, 17:48 İranda ABŞ ilə razılaşmanın əleyhinə çıxanlar kimlərdir? Dünən, 17:48 Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - DETALLAR Dünən, 17:48 ABŞ-İran memorandumundan sonra Yaxın Şərqdə güc balansı necə dəyişəcək? Dünən, 17:48 Mehmet Ali Erbilin 48 yaş kiçik sevgilisi onu məhkəməyə verir: "Babam yaşındadır!" Dünən, 17:48 49 yaşlı aktyor təcili əməliyyat olundu - Ürəyinə stent qoyuldu Dünən, 17:48 "Media haqqında" Qanuna təklif olunan dəyişikliklər medianın inkişafına təkan verəcək - RƏY Dünən, 17:48 "Beniz" in məhkəməsinə şahid məcburi gətizdiriləcək Dünən, 17:48 Şəhid övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb Dünən, 16:48 Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb Dünən, 16:48 Kevin Medina "Qarabağ"la vidalaşdı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR