2-11-2022, 15:32 623

Sığorta şirkətlərinin hadisə yerinə çıxmaq kimi bir məcburiyyətləri varmı?

Adətən ölkəmizdə sığorta hadisəsi baş verən zaman sığortalı şəxsləri narahat edən məsələlərdən biri həmin an necə davranmaqdır. Hökmən sığorta işçisini hadisə yerinə dəvət etmək lazımdır, yoxsa dəymiş ziyanın fotosunu göndərmək yetər? Elə sığorta şirkətləri də bir çox hallarda sadəcə foto və ya video ilə kifayətlənmir, dələduzluq hallarının baş verə biləcəyindən narahat olurlar.

Bəs qanunvericilik bu məsələyə nə deyir?

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov "AVESTA.AZ"a bildirib ki, sığorta şirkətləri istəsələr, ümumiyyətlə hadisə yerinə gəlməyə bilərlər.

“Yol-nəqliyyat hadisəsi zamanı zərərin təsbit edilməsi və zərər vuran şəxsin müəyyənləşdirilməsi tamamilə Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindədir. Qiymətləndirmə isə hadisə ilə əlaqədar araşdırma aparıldıqdan, təmir məsələləri üçün müraciət edildikdən sonra Mərkəzi Bankın reyestrinə daxil olan müstəqil ekspertlər tərəfindən hesablanır. Yəni, bunlar sığorta hadisəsinin baş verdiyi yerdə həyata keçirilən bir proses deyil”.

Sığorta eksperti Pərviz Quliyev hesab edir ki, həyat və qeyri-həyat sığortasında yanaşma fərqlidir və bu, konkret hadisənin spesifikasiyasından asılıdır:

“Azərbaycanda ən çox hadisə avtomobillə bağlı olan hadisələrdir və əmlak sığortası olan yanğın hadisələridir. Daha çox avtomobillə bağlı olan qəzalarda, böyük həcmdə qəzalar olanda məsələn, ziyan çox olduqda sığorta şirkətinin özünün marağındadır ki, vaxtında hadisə yerinə gedib, araşdırsın, foto və video görüntülər əldə edə bilsin. Çünki qəza ağır olanda, xərclər çox olanda dələduzluq hadisələri ehtimalı olur. Onların özlərinin orada olması isə belə ehtimalların şübhələrini aradan çıxarır".

P. Quliyevin fikrincə, KASKO sığortası daxilində əgər sığorta şirkətinin imkanı, resursu varsa, hadisə yerinə getməlidir: "Məsələn, müştəridən çox şey asılıdır. Əgər müştəri etibarlıdırsa, VİP kateqoriyasına aiddirsə onda şirkət müştəriyə deyir ki, şəkilləri özün çək, lazımi olan sənədləri də təqdim et. Eyni qayda əmlak sığortasında da keçərlidir. Burada təbii ki, Fövqalədə Hallar Nazirliyinə (FHN) müvafiq sənəd təqdim olunmalıdır”.

P.Quliyev bildirib ki, son illərdə sığorta şirkəti ilə müştərilər arasında icbari sığorta ilə bağlı qeyri-rəsmi razılaşmalar var:

“Sığorta şirkətləri zərəri təxminən 1 000 manata qədər olan hadisələrdə hətta polisin sənədini istəmirlər. Hadisə yerindən olan foto və video əsasında qiymətləndirilmə aparılır. Sığorta şirkətinin mütləq qaydada hadisə yerinə gəlməsi məcburi deyil. Amma bu onun hüququdur".

Həyat sığortasına gəldikdə isə, məsələn ölüm hadisəsi baş verirsə, ailə üzvünə, varisinə zəng vurub çağırmaq vacib deyil, ekspert hesab edir.

"Ağır xəsarət alıb əməliyyat olunmaq da eyni qəbildən olan haldır. Burada hadisə üçün təsdiqləyici sənəd həmin tibbi arayışdır. Ölüm halıdırsa, ölüm şəhadətnaməsi lazım olur. Burada da sığortaçının hüququ var ki, şübhəli hal varsa, istənilən bir dövlət orqanına sorğu göndərsin.

Ümumiyyətlə, həyat sığortasında hadisə yerinə çıxış etmək imkanı məhduddur. Yəni, hadisə zamanı ölüm baş verirsə, heç kim sığorta şirkətinə zəng etmir. Çünki bilir ki, ölüm şəhadətnaməsini sığorta şirkətinə sonra təqdim edə biləcək”, - P.Quliyev bildirir.

Sığorta şirkətlərindən "AVESTA.AZ"a bildirilib ki, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılması isə qanunvericiliyə əsasən, sığortaçının vəzifəsi deyil, hüququdur: "Sığorta şirkətinin daxili qayda və prosedurlarına uyğun olaraq sığorta şirkətinin əməkdaşının hadisə yerinə çıxması və hadisəni araşdırması nəzərdə tutula bilər, ancaq bu hal qanunvericliklə sığorta şirkətinin üzərinə qoyulmuş öhdəlik deyil".

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, sığorta şirkətinin sığorta hadisəsi ilə bağlı hadisələrə çıxmaqla qanunvericilikdə heç bir qayda müəyyən olunmayıb:
“Qəza komissarı, sığorta eksperti tərəfindən hadisə zamanı forma müəyyən olunur. 10 il əvvəl müstəqil xidmət göstərən belə şirkətlər var idi. Onlar hadisə yerinə gedib araşdırırdılar. Daha sonra sığorta şirkətləri bu işi öz əməkdaşlarına havəle etdilər. Onların vəzifələrini müəyyən etdilər".

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR