15-07-2025, 09:48 362

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür. Yaşasaydı X.Yusifzadənin 27 yaşı olacaqdı.

Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub. Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.

X.Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət eləyib və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə hərbi xidmətə yollanmaq üçün müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan X.Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 22-də Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ağbənd istiqamətində şəhid olub.

X.Yusifzadənin nəşi Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

X.Yusifzadə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Xudayar Yusifzadə İkinci Qarabağ müharibəsində ifa etdiyi mahnı ilə məşhurlaşıb. Onun hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır..." mahnısı hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstü qoyulub.

Paylaş

Xəbər lenti

İlqarə necə arıqladığını açıqladı Bu gün, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Bu gün, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Bu gün, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Bu gün, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Bu gün, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Bu gün, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Bu gün, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Bu gün, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Bu gün, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Bu gün, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Bu gün, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Bu gün, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Bu gün, 11:48 Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir? Bu gün, 11:48 Əməkdar artist: "Axır ki, 34 il sonra görüşdük" Bu gün, 11:48 Kanada Aİ-yə assosiativ üzvlük təklif edib Bu gün, 11:48 Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır Bu gün, 10:48 Premyer Liqa: "Zirə" bu gün "Qarabağ"ı qəbul edəcək Bu gün, 10:48 İndoneziyada 243 nəfərin olduğu gəmi batıb Bu gün, 10:48 Kuşner: Putinin ərazi tələbləri Ukrayna ilə razılaşmaya mane olur Bu gün, 10:48 Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə! Bu gün, 10:48 Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb Bu gün, 09:48 İsmayıllıda AĞIR QƏZA: "Mercedes" aşaraq yandı, qadın sərnişin öldü Bu gün, 09:48 Qara dənizdə dron hücumunda yaralanan azərbaycanlının ailəsi danışdı Bu gün, 09:48 İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var Bu gün, 09:48 İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib Bu gün, 00:48 Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi Bu gün, 00:48 Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib Dünən, 23:48 İRNA: İranın Hörmüz boğazındakı Qeşm adası yaxınlığında iki partlayış olub Dünən, 23:48 "Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları Dünən, 23:48 Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini "xoşməramlı jest" adlandırıb Dünən, 23:48 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb Dünən, 22:48 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib Dünən, 22:48 KİV: İran ABŞ-yə yeddi şərt qoydu: Hörmüz boğazı bağlı qalacaq Dünən, 22:48 İran və Oman razılaşıblar: Hörmüzdə yeni giriş-çıxış marşrutları yaradılır - DETALLAR Dünən, 22:48 Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir" Dünən, 21:48 Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər Dünən, 21:48 Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə Dünən, 21:48 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər Dünən, 21:48 Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia Dünən, 20:48 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib Dünən, 20:48 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib Dünən, 20:48 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb Dünən, 20:48 Oğul ona siqaret almayan atasını bıçaqladı Dünən, 19:48 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır Dünən, 19:48 Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər Dünən, 19:48 Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Dünən, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR